PDF Oxu

Sosial

  • 49

Unudulmaz Lider, Dahi Şəxsiyyət

Unudulmaz Lider, Dahi Şəxsiyyət

YAP Sumqayıt şəhər təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd etdi

Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş şura iclası keçirilib.

İclası YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev giriş sözü ilə açaraq, iştirakçıları Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib.

Sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü haqqında" gündəlik məsələ müzakirəyə çıxarıldı.

YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən, Onun siyasi hakimiyyətdə olduğu dövrdə həyata keçirdiyi quruculuq və xilaskarlıq missiyasından, müstəqillik əldə edildikdən sonra hazırlanmış iqtisadi inkişaf strategiyasından, ölkədə aparılmış çoxsaylı islahatlardan, milli ordu quruculuğundan və Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibinə malik olmasında göstərdiyi xidmətlərini ətraflı bəhs etdi: "Bu gün Ulu Öndər siyasətini layiqincə davam etdirən ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan uğurlu siyasət nəticəsində qazanılmış uğurlardan, davamlı dinamik inkişafdan, həyata keçirilən sosial siyasətin ölkə əhalisi tərəfindən dəstəklənməsi, son aprel hadisələrində erməni təxribatlarının qarşısının alınmasında milli ordumuzun göstərdiyi peşəkarlıq və qəhrəmanlıq xalqda böyük ruh yüksəkliyinə səbəb olmuş, xalqla Ali Baş Komandanın birlikdə olmasını bir daha təsdiqləmişdir".

Digər çıxış edənlər -YAP Sumqayıt şəhər təşkilatının gənclər birliyinin sədri Elvin Məmmədzadə, YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavini Səkinə Sadıxova, Sumqayıt şəhər səhiyyə şöbəsinin inspektoru, YAP Sumqayıt şəhər təşkilatının şura üzvləri - Sevindik Hüseynov, Mönsüm Alışov, Nigar Cəfərova, Nizami Əhmədov çıxış edərək, qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Sumqayıt şəhərinə göstərdiyi diqqət və qayğısı bu gün də hər bir sumqayıtlı tərəfindən xoş təəssüratlarla anılmaqdadır.

Sumqayıt şəhər icra hakimiyyətinin birinci müavini Faiq Kərimova çıxış edərək, ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi inkişafın nəticələrindən söz açıb və qeyd edib ki, şəhər icra hakimiyyəti başçısı Zakir Fərəcovun rəhbərliyi ilə şəhərdə aparılan abadlıq- quruculuq işləri bu gün də sürətlə davam etməkdədir: "Müasir dənizkənarı bulvarın yaradılması, Heydər Əliyev Parkında inşa edilən Heydər Əliyev Mərkəzi, Musiqi Məktəbi və Şahmat Məktəbində işlər uğurla sona çatdırılmaq üzrədir. Məhz dövlətimizin və ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıt şəhəri böyüyür, gözəlləşir və abadlaşır. Uğurlarımız bundan sonra da davam edəcək".

Rövşən RƏSULOV

Digər xəbərlər