PDF Oxu

Sosial

  • 39

Erməni xalqı "baş" ermənidən narazıdırlar

Erməni xalqı "baş" ermənidən narazıdırlar

Artur Aqacanov: "Qarabağın - Azərbaycanın ayrılmaz hissəsinə qarşı çıxanlar həmişə təhlükə ilə qarşı-qarşıya qalıb və qalır"

Tarixən, qonşu dövlətlərə qarşı məkrli ərazi iddialarını gerçəkləşdirmək, "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı yönəlmiş soyqırımı, terror siyasəti həyata keçirmiş, dəhşətli cinayətlərə əl atmışlar. Faktlar göstərir ki, bədnam qonşularımız bu qeyri-hüquqi iddialarını reallaşdırmaq naminə təcavüzkarlıq siyasətini "milli mübarizə" yoluna çevirərək dövlət səviyyəsində dəstəkləmiş, bu zaman müəyyən xarici qüvvələrin maraqlarının ifadəçisinə çevrilmişlər. Amma bəzi ermənilərin özləri də Ermənistanın separatçılıq və terrorçuluq mövqeyinə qarşı kəskin münasibət bildirirlər. Belə ki, əslən Qarabağdan olan erməni Artur Aqacanovun Qarabağ ətrafında vəziyyət və Azərbaycanda Alban kilsəsinin bərpasına dair "Odnoklassniki" sosial şəbəkəsində yayılan müraciətində Ermənistan rəsmilərinin terrorçuluq fəaliyyəti faktlarla diqqətə çatdırılır. Müraciətdə erməni separatçıları ifşa olunur və Qarabağın gələcəyinin yalnız Azərbaycanın tərkibində olması əminliklə qeyd olunur.

Qeyd edək ki, vaxtilə Bakıda yaşayan erməni Artur Aqacanov hazırda Ukraynada uzun illərdir ki, erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı mübarizə aparır. Əksər Qarabağ xristianları kimi, Artur Aqacanov da özünü zorla "erməniləşdirilmiş" şəxslərdən sayır. Çünki etnik baxımdan onun qaykan - hay xalqına heç bir aidiyyatı yoxdur. Artur Aqacanovun "Qarabağ ermənilərinin beynəlxalq ictimaiyyətə müraciəti" adlı "Odnoklassniki" sosial şəbəkəsində yaydığı müraciətində deyilir: "Qarabağ torpağı əsrlər boyu müxtəlif müharibələrə, toqquşmalara səhnə olub. Bu proseslər nəticəsində onun qədim Qafqaz Albaniyasının bir hissəsi olan mədəniyyəti, məbədləri, memarlıq abidələri və xalqların irsi ziyan görür. Bu qədim dövlətin öz xüsusi mədəniyyəti, tarixi və memarlığı olub. Onlardan biri də xristian dünyasının ən qədim kilsəsi sayılan Avtokefal Alban Kilsəsi idi. Lakin artıq bütün bu qədim irs ya məhv edilib, ya da erməni mədəniyyəti və tarixi kimi təqdim olunmaqdadır... Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq ölkələrindən olan erməni köçkünlər Qarabağın qədim torpaqlarını mənimsəyir".

"Bu xalqların etnik mənşəyi zorla dəyişdirilib və onlar erməniləşdiriblər"- deyən Artur Aqacanov bildirir ki, Qarabağ xristianları bioloji baxımdan Qafqaz Albaniyasının Azərbaycan və digər xalqlarına yaxındırlar: "Lakin müxtəlif siyasi mərkəzlərin və ölkələrin susqun razılığı və himayəsi fonunda iki əsr ərzində müxtəlif xalqların, ölkələrin və mədəniyyətlərin erməni irsi təhrif olunaraq erməni-hay xalqının və Eçmiadzin erməni kilsəsinin adına yazılıb. Bu biabırçı ədalətsizlik bir çox qanlı milli münaqişələrə yol açıb və onlardan ən amansızı, qanlısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir".

Artur Aqacanov Qarabağın Azərbaycanın ayrılmaz hissəsinə qarşı çıxanlar həmişə təhlükə ilə qarşı-qarşıya qalıb və qalır: "Hesab edirik ki, Qarabağ problemi həll olunmalıdır, əks-təqdirdə o, bizdən övladlarımıza qalacaq və artıq onların qanı axıdılmağa başlayacaq. İnsanlar erməni millətçiləri tərəfindən qondarılmış, həyata keçirilən saxta tarix uğrunda ölüblər və ölürlər. Xalqlarımızın üzərinə çökmüş bütün şər, məhz bu tarixi konsepsiyadan gəlir".

A.SƏMƏDOVA

Digər xəbərlər