PDF Oxu

Sosial

  • 35

“Gələcəyə inamla addımla” adlı layihəsinin icrasına başlanılıb

“Gələcəyə inamla addımla” adlı layihəsinin icrasına başlanılıb

"Qadın və Gənc Ailələrin Sosial İnkişafı" İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gələcəyə inamla addımla" layihəsinin icrasına başlanılıb.İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin cəmiyyətə sosial adaptasiyasına dəstək olmaqla, onları maarifləndirməkdən ibarətdir.Layihə çərçivəsində internat məktəblərini, uşaq evlərini və cəzaçəkmə məntəqələrini tərk etmiş yeniyetmə və gənclərin ehtiyacları müəyyən ediləcək və onlarla keçiriləcək təlimlərə hazırlıq məqsədi ilə layihənin icra olunacağı müəssisələrdə gənclər arasında sorğu keçiriləcək.Layihə üç ay müddətində Bakı şəhəri Xəzər rayonunda həyata keçiriləcək və 90 gənci əhatə edəcək.

AZƏRTAC

Digər xəbərlər