Dünən Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq mövcud kitabxana qanunvericiliyinin müasir kitabxanaların qarşısında duran vəzifələrlə tam uyğunlaşdırılması, yeni qanunvericilik aktlarının hazırlanması məqsədilə təkliflərin işlənməsi və müvafiq orqanlara təqdim olunmaq üçün təkliflərin hazırlanması müşavirənin əsas məqsədidir. O öz çıxışında "Kitabxana işi haqqında" Qanunun bu günün tələblərinə tam cavab vermədiyini qeyd edərək, virtual xidmət, elektron kitabxanaların yaradılması və fəaliyyəti, respublika çap məhsullarının Arxiv Fondunun yaradılması, nəşr məhsullarının qeydiyyatının aparılması və s. məsələlərlə bağlı qanunun təkmilləşdirilməsi zəruriyyətə çevrilib.
Müşavirədə çıxış edən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, AMEA Mərkəzi-Elmi Kitabxanasının direktoru Leyla İmanova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Respublika Elmi-Pedaqoji Kitabxananın direktoru Tamilla İsmixanova və b. qanunun yenidən işlənməsi üçün İşçi Qrupun və Koordinasiya Şurasının yaradılmasının zəruriliyin qeyd etdilər. Qeyd olundu ki, kitabxanaların yerli və xarici nəşrlərlə komplektləşdirilməsində, elektron kitabxananın əlyetərliliyində mövcud olan problemlərin, kitabxanaçının hüququ, sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin, kitabların universal standartlara uyğun rəqəmsallaşdırılmasının, kitabxanaçıların peşə bayramının təyin olunmasının, kitabxanalar üçün vahid kitab-satış mərkəzinin yaradılmasının və başqa məsələlərin qanunla tənzimlənməsinə toxundular.
Müşavirənin sonunda bir ay müddətində təkliflərin hazırlanıb təqdim olunması qərara alındı.
ZÜMRÜD