PDF Oxu

Sosial

  • 54

Laçının işğal edilməsinin 24-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib

Laçının işğal edilməsinin 24-cü ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilib

Laçın rayonunun icra srukturlarının, idarə, müəssisə və təşkilatlarının müvəqqəti fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümü ilə bağlı 2500 nəfərin iştirakı ilə geniş ümumrayon tədbiri keçirilib. Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri, o cümlədən şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, veteranları qəsəbədəki şəhidlərinin xatirəsinə ucaldılmış "Şəhidlərin Xatirə Kompleksi" ziyarət olunaraq önünə gül dəstələri qoyulub.

Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra, Laçın rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm strateji əhəmiyyətə malik olan Laçın rayonunun 24 il əvvəl erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı məlumat verib. İşğal nəticəsində rayonun bir şəhəri, bir qəsəbəsi, 125 kəndinin erməni quldurları tərəfindən talan edilərək, yandırıldığını, 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi, mədəniyyət və dini abidələrin erməni vandalizminə məruz qalıb, həmçinin 13745 yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə, 462 ticarət, 96 məişət, 30 rabitə, 1 avtonəqliyyat və digər müəssisələri talan edilib, əhalinin şəxsi təsərrüfatında olan 25 min baş iri, 200 min başdan çox xırdabuynuzlu heyvanlar və minlərlə arı ailəsi qarət edilib. A.Nəzərli onu da vurğulayıb ki, ümumiyyətlə rayona 7,1 milyard ABŞ dolları ziyan vurulub. O da, xüsusilə qeyd olunub ki, ata-baba yurdlarını müdafiə edən laçınlılardan 300 nəfərdən çoxu şəhid olub, 5 nəfər isə milli qəhrəman adına layiq görülübdür".

Tədbirdə iştirak edən rayon ziyalıları, həmçinin şəhid ailələri, müharibə iştirakçıları erməni faşizminin xalqımıza qarşı törətdiklərinin insanlığa sığmayan vəhşilik olduğunu qeyd edib. Çıxış edənlər onu da vurğulayıblar ki, bu müharibə nəticəsində nə qədər məhrumiyyətlərə məruz qalsalar da, ata-baba yurdlarını - Laçını bir an belə unutmayıblar. Qəti əminliklə bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı müdrik və uzaqgörən siyasət nəticəsində tezliklə yağı düşmən tapdağı altında olan torpaqlarımız azad ediləcək.

Tədbirdə Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak edib.

R.HÜSEYNOVA

Digər xəbərlər