PDF Oxu

Sosial

  • 41

Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı Səbail məktəbliləri arasında müsabiqə keçirilib

Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı Səbail məktəbliləri arasında müsabiqə keçirilib

Dünən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan silsilə tədbirlər çərçivəsində YAP Səbail rayon təşkilatının qərargahında növbəti tədbir keçirildi.

Tədbirdə Səbail rayon icra hakimiyyətinin və YAP Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lideri Heydər Əliyevin doğum gününə həsr olunan Səbail məktəbliləri arasında "Bədii qiraət", "Hərbi vətənpərvərlik" mövzusunda isə rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Rayon rəsmiləri və ictimaiyyət nümayəndələri ilk öncə təşkilatın foyesində müsabiqədə nümayiş olunmuş rəsm əsərləri ilə tanış olublar.

YAP Səbail rayon təşkilatının sədri prof., millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək, Ulu Öndər Heydər Əliyevin ideyalarının Azərbaycan xalqının tarixinə, bu gününə və gələcəyinə əbədi həkk olunduğunu vurğulayıb. Millət vəkili Azərbaycan dövlətçiliyi və xalqı üçün Heydər Əliyevin göstərdiyi misilsiz xidmətlərdən, ölkəmizin ən çətin anlarında Onun böyük xilaskar missiyasından, müstəqilliyimizin əldə olunması və qorunub saxlanılmasında, ölkəni düşdüyü dərin siyasi və iqtisadi böhrandan və məhv olmaq təhlükəsindən xilas etməsindən, iqtisadiyyatımızın bazar mexanizmləri əsasında qurulmasında, cəmiyyət həyatının demokratikləşməsində, siyasi və iqtisadi sabitliyin təmin olunmasıda və s. əvəzsiz xidmətlərindən danışıb. Qeyd edib ki, nə qədər Azərbaycan var, Ümummilli Liderimiz də yaşayacaq və Onun unudulmaz xatirəsi daima xalqımız tərəfindən ehtiramla yad ediləcəkdir.

Dahi şəxsiyyətin doğum gününə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və gənc nəslə ötürülməsi üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edən Ş.Hacıyev müsabiqə qaliblərini təbrik etdi.

Sonra 29 aprel tarixində YAP Səbail rayon təşkilatının qərargahında keçirilmiş "Bədii qiraət" müsabiqəsində iştirak edən və 7, 49, 50, 51, 132-134, 160, 162, 189-190, 236, 239 və 329 nömrəli orta məktəbləri təmsil edən məktəblilər, həmçinin 10 may tarixində "Hərbi vətənpərvərlik" mövzusunda keçirilmiş rəsm müsabiqəsinin 14 nəfər qalibi mükafatlandırılıb. Qeyd edilib ki, "Sahil bağı"nda keçirilmiş rəsm müsabiqəsində rayonun orta məktəblərində, həmçinin Bakı Oksford Məktəbində oxuyan və rayondakı 20 saylı Uşaq Yaradıcılıq Mərkəzində məşğul olan 100-dən çox məktəbli iştirak edib.

R.HÜSEYNOVA

Digər xəbərlər