PDF Oxu

Sosial

  • 34

"Övladlığa götürmədə nəzarət mexanizmi"

"Övladlığa götürmədə nəzarət mexanizmi"

Bu mövzuda Nəsimi icra hakimiyyətində təlim keçirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı ilin Tədbirlər Planı çərçivəsində Bakı şəhəri rayonlarının icra hakimyyətlərinin qəyyumluq və himayə orqanlarının rəhbərlərinin iştirakı ilə "Övladlığa götürmədə nəzarət mexanizmi" mövzusunda təlimlər keçirilir. Növbəti tədbir Nəsimi rayon icra hakimiyyətində baş tutub. Tədbiri Nəsimi rayon icra hakimiyyəti başçısının müavini, "Qəyyumluq və himayəçilik komissiyası"nın sədri Gülarə Verdiyeva açaraq, təlim iştirakçılarını salamlayb və bildirib ki, təlimin məqsədi yerli və ölkələrarası övladlığa götürmə mexanizmləri, bu sahədə qurumlararası əməkdaşlıq və valideyn himayəsindən məhrum olmuş uşaqların uçotunun aparılması ilə bağlı məsələlərin müzakirə olunmasıdır.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və komitənin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümovaya bildiriblər ki, qanunvericilikdə övladlığa götürülən uşaqların həyatına nəzarət etmək funksiyası yerli övladlığa götürmə zamanı qəyyumluq və himayəçilik komissiyalarına, ölkələrarası övladlığa götürmə zamanı komitəyə həvalə edilmiş, bunu nəzərə alaraq, tədbirdə övladlığa götürülən uşaqların həyatına nəzarət etmək mexanizmi ilə bağlı təqdimat edilibdir.

Çıxışlardan sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qonaqlar Nəsimi rayonunda yerləşən 1 saylı Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar və onlara yaradılan şəraitlə yaxından tanış olublar.

R.HÜSEYNOVA

Digər xəbərlər