PDF Oxu

Sosial

  • 37

Avropa Milli Kitabxanalarının Konfransı beynəlxalq təşkilatının görüşü

Avropa Milli Kitabxanalarının Konfransı beynəlxalq təşkilatının görüşü

May ayının 30 - 31-də Avstriyanın paytaxtı Vyana şəhərində Avropa Milli Kitabxanalarının Konfransı (CENL) beynəlxalq təşkilatının 30-cu illik ümumi görüşü keçirilib. Avstriya Milli Kitabxanasında keçirilən 30-cu görüşdə 40-a yaxın Avropa ölkəsinin Milli Kitabxana direktorları iştirak edib. Avropa Milli Kitabxanalarının Konfransının (CENL) 2013-cü ildə Bakıda keçirilən görüşündə 41 ölkənin, 2014-cü ildə Moskvada keçirilən görüşündə 22 ölkənin, 2015-ci ildə Berndə keçirilən görüşündə 36 ölkənin nümayəndəsi iştirak edirdi. Ölkəmizi cari ildə keçirilən bu mötəbər tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin işçisi Xanpəri Cəfərova təmsil edib.

May ayının 30-da görüşü Avstriya Milli Kitabxanasının direktoru xanım Johanna Rachinger açıq elan edib, görüşün Avstriya Milli Kitabxanasında keçirilməsindən məmnunluq duyduğunu bildirib. Tədbir iştirakçılarını Avstriya federal kanslerliyinin Mədəniyyət və İncəsənət şöbəsinin direktoru Andrea Ecker salamlayıb.

CENL-in prezidenti Roly Keating görüşü öz çıxışı ilə davam etdirib. Sonra tədbirin gündəliyi qəbul olunub. Berndə keçirilən 29-cu illik görüşün əsas məsələləri qeyd olunub, meydana çıxan məsələlər müzakirə olunub. CENL-in 2015-ci ilin iyun ayından 2016-cı ilin may ayınadək olan dövr üçün illik hesabat dinlənilib.

Task and Finish qrupundan Caroline Brazierin müzakirə üçün təqdim etdiyi prezentasiya nümayiş olunub. Gün ərzində xəzinədarın hesabatı, CENL xəzinədarı Caroline Brazier tərəfindən 2015-ci ilin maliyyə hesabatı, 2016-cı ilin büdcəsi və 2017-ci il üçün təklif edilən büdcə və fəaliyyət planı, səsvermə əsasında yenidən işlənmiş CENL və TEL üzvlük haqqı modeli, 12 aydan sonra üzvlük haqqı ödəməyən üzvlərlə bağlı nizamnamədə dəyişiklik, İcraedici Komitəyə yeni üzvlərin seçilməsi haqqında təkliflər müzakirə olunub. Sonra səsvermənin nəticələri elan olunub, məsələlər lehinə olaraq qəbul edilib.

ZÜMRÜD

Digər xəbərlər