PDF Oxu

Sosial

  • 40

Tiflo və surdo şərhli cizgi filmlərinin təqdimatı keçirilib

Tiflo və surdo şərhli cizgi filmlərinin təqdimatı keçirilib

Bakı şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində sağlamlıq imkanları məhdud görmə, eşitmə və nitq qüsuru olan uşaqlar üçün tiflo və surdo şərhli "Kirpi balası və alma", "Qız qalası əfsanəsi", və "Lovğa fil balası" cizgi filmlərinin təqdimatını keçirib. Bakı şəhər İcra Hakimiyyətinin hazırladığı bu filmlərlə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən "Sehirli xalat" bədii filminin, "Bahar Əyləncələri", "Balaca çoban", "Çətin məsələ", "Mərhəmətin dadı", "Talada ev", Təqib" və "Uçan zürafə" cizgi filmləri də kino xidməti tərəfindən təqdim olunub.

Məqsəd sağlamlıq imkanları məhdud olan uşaqların asudə vaxtının səmərəli keçirilməsi, cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi, onların informasiya alma imkanlarının genişləndirilməsi və həyat tərzinin yaxşılaşdırılmasına yardım etməkdir.

Tədbirdə Bakı şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman uşaqları bayram münasibəti ilə təbrik edərək, bildirib ki, dünyanın bir çox ölkələrində cəmiyyət bu cür insanlara xüsusi diqqət ayırır. O, qeyd edib ki, görmə imkanları məhdud, eləcə də nitq və eşitmə qusurlu insanlar üçün böyük əhəmiyyət kəsb edən tiflo və surdo tərcümə ilə müşayiət olunan filmlərin hazırlanması vacibdir.

Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev çıxış edərək, belə filmlərin hazırlanmasının vacibliyini qeyd edərək, Bakı şəhər İcra İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbovu "Sərhədsiz incəsənət" layihəsində - görmə, eşitmə və nitq imkanları məhdud uşaqlar üçün tiflo və surdo tərcümə ilə müşayət olnunan filmlərin hazırlanmasında göstərdiyi diqqət və qayğıya görə Fəxri Fərmanla təltif edib.

Tədbirdə Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova bu proyektin əhəmiyyətindən danışıraq, gələcəkdə bu işlərin davam etdirilməsi üçün çalışacaqlarını vurğulayıb.

Daha sonra çıxış edən Ombudsman Aparatının əməkdaşı Müqalib Mahmudov Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin direktoru İradə Vəzirova bu işə dəstək verən hər bir kəsə minnətdarlıq ediblər. Qeyd olunub ki, bu nəcib işi davam etdirmək üçün digər dövlət qurumları da bu təşəbbüsə qoşulmalı, öz maddi və mənəvi dəstəyini "Sərhədsiz incəsənət" layihəsindən əsirgəməməlidirlər.

Sonda tiflo və surdo şərhlə müşayət olunan "Lovğa fil balası" cizgi filmi və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən hazırlanmış konsert proqramı nümayiş olunub.

ZÜMRÜD

Digər xəbərlər