PDF Oxu

Sosial

  • 44

Nəsimi rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir

Nəsimi rayonunda 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilmişdir

1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Nəsimi rayonun 11 və 268 nömrəli Xüsusi Məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqların iştirakı ilə 268 saylı məktəbdə tədbir keçirilmişdir.

268 saylı Xüsusi Məktəb 1927-ci ildən fəaliyyət göstərir, 2003-cü ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilmişdir. Məktəbdə 879 nəfər fiziki qüsurlu uşaq təhsil alır. 11 saylı Xüsusi Məktəb isə 1947-ci ildən fəaliyyət göstərir. Bu məktəbdə 894 nəfər fiziki qüsurlu uşaq təhsil alır.

Tədbirdə əvvəlcə uşaqların əl işlərindən ibarət sərgiyə tamaşa edilmiş, rəngarəng əl işləri sərgiyə gələnlərdə xoş ovqat yaratmışdır. Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov bayram tədbirində iştirak edən uşaqları salamlayaraq, 1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək bildirdi ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır. Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.

Tədbir zamanı hər iki məktəbdə təhsil alan fiziki qusurlu 9 nəfər uşağa TUSİAB tərəfindən əlil arabaları təqdim edilmişdir. 11 və 268 nömrəli Xüsusi məktəblərində təhsil alan fiziki cəhətdən qüsurlu uşaqlar qonaqların qarşısında rəngarəng konsert proqramı ilə çıxış etmişlər.

Tədbirdə Milli Məclisin deputatı Kamran Nəbizadə, TUSİAB nümayəndələri Muhsin Sarıhan, Selcuk Düzgün, Məmmədəmin Asud və Nəsimi rayon ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

Tədbirlər planına uyğun olaraq rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, uşaq bağçalarında tərbiyə alan uşaqlar üçün Zorge Parkında musiqili əyləncəli bayram şənliyi təşkil olunmuşdur.

Uşaqlar qarşısında çıxış edən Nəsimi rayon icra hakimiyyəti başçısı Asif Əsgərov burada iştirak edən bütün uşaqları və onların valideynlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş, onlara can sağlığı, xöşbəxt həyat və səadət arzulamışdır.

Qeyd olunmuşdur ki, Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoymuşdur.

Tədbir zamanı LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin peşəkar psixoloqları tərəfindən ödənişsiz konsultasiyalar və art terapiya keçirilmişdir.

Parkda musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs etmiş, yallı getmiş, daha sonra isə öz məharətlərini göstərərək şeir və mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.

Keçirilən bayram şənliyində iştirak edən nağıl qəhrəmanları və şən klounlar uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin razılıqlarına səbəb olmuşdur.

1İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayon ərazisində yerləşən "KOALA" istirahət və əyləncə mərkəzində də uşaqlar üçün bayram tədbiri keçirilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir. Gün ərzində uşaqlar şən klounların iştirakı ilə parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənlənmişlər.

Rəfiqə Kamalqızı

Digər xəbərlər