Bu mövzuda YAP Gənclər Birliyinin təşkilatçılığı ilə təlimə start verilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə "Gənc sahibkarın bacarıqlarının artırılıması" mövzusunda təlimi öz işinə start vermişdir. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Bilriyinin sədri Seymur Orucov layihənin pilot layihə olduğunu qeyd edib və Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətləri, dövlət proqramlarında gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə, yeni biznes və məşğulluq imkanlarının genişləndirilməsinə, fəaliyyətə yeni başlayan sahibkarlıq subyektlərinə dövlət dəstəyinin artırılmasına dair qarşıya qoyulan hədəflər barədə tədbir iştirakçılarına məlumat verib. Sonra Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidzadə təlimin mahiyyəti və uğurları haqqında gənclərə məlumat veriblər, gəncləri sahibkarlığa cəlb etməklə iqtisadiyyatımızın inkişafına dəstək olmalı, həmçinin gənc sahibkarlığa iddialı şəxslərə innovativ düşüncəni aşılamalı və maarifləndirməli olduğunun vacibliyinin bildiriblər. Qeyd ediblər ki, təlimin məqsədi bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır.
Daha sonra təlimçi Arzu Qafarlı gənclərə biznes etikası və mədəniyyəti, biznes - planın yazılması qaydaları və təşkil edilməsi, marketinqin əsasları, innovativ biznes ideyaları və onların həyata keçirilməsi mövzusunda təlimi keçmişdir. Tədbirin sonunda gənclər qruplara bölünərək, biznes - planın yazılması, testlər və oyunlar həyata keçirilmiş, qalib komandaya mükafatlar təqdim edilmişdir.
Rəfiqə