PDF Oxu

Sosial

  • 25

Samuxda Heydər Əliyev Mərkəzində balacaların vətənpərvərlik mövzusunda tədbiri keçirilib

Samuxda Heydər Əliyev Mərkəzində balacaların vətənpərvərlik mövzusunda tədbiri keçirilib

Samuxdakı Heydər Əliyev Mərkəzində 1 saylı şəhər uşaq bağçasının vətənpərvərlik mövzusuna həsr olunan "Əlvida doğma bağça" adlı tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin və uşaq bağçasının rəhbərliyi, həmçinin müəllimlər, valideynlər iştirak ediblər.Tədbir milli və hərbi geyimli uşaqların dövlət himnini oxumaları ilə başlayıb.Mərkəzin direktoru Aygün Həsənzadə çıxış edərək əsas məqsədin uşaqları Vətənə məhəbbət ruhunda böyütmək və cəmiyyətə təqdim etmək olduğunu bildirib. Azərbaycan dövlətinin uşaqlara yüksək diqqət və qayğısından danışan direktor Ümummilli Liderin "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Ona görə də hər bir humanist cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, diqqət göstərilib" kəlamını xatırladıb, gələcəyimiz olan fidanlara xoşbəxtlik və firavan həyat arzulayıb.Sonra uşaqlar vətənpərvərlik ruhunda hazırladıqları proqramla tədbir iştirakçıları qarşında çıxış ediblər. Uşaqların ifasında milli rəqslər, şeirlər, mahnılar tədbir iştirakçılarında xoş ovqat yaradıb.

AZƏRTAC

Digər xəbərlər