PDF Oxu

Sosial

  • 17

Xaçmazda keçirilən əmək yarmarkasında işaxtaranlara 450-yə yaxın iş yeri təklif olunub

Xaçmazda keçirilən əmək yarmarkasında işaxtaranlara 450-yə yaxın iş yeri təklif olunub

İyunun 8-də Xaçmazda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasında 29 müəssisə tərəfindən 448 iş yeri təklif olunub.AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən yarmarkada təklif edilən işlərə görə əməkhaqqı 110 manatdan 771 manatadək məbləğdə müəyyənləşdirilib. Təklif olunan iş yerlərinin 257-si qulluqçu, 86-sı fəhlə, 105-i isə xidmət sahəsinə aid olub.Xaçmaz Rayon Məşğulluq Mərkəzinin direktoru Rauf Əlifxanov AZƏRTAC-a müsahibəsində bildirib ki, əmək yarmarkasına 400 nəfərdən çox işaxtaran qatılıb. Onlardan 75 nəfərinə işə göndəriş verilib, 12 nəfər isə ictimai işlərə cəlb olunub.Yarmarkaya dövlət müəssisələri və qeyri-dövlət təşkilatları ilə yanaşı, fiziki şəxslər tərəfindən də iş yerləri çıxarılıb. Təklif olunan iş yerləri arasında turizm, səhiyyə və kənd təsərrüfatı sahələri üstünlük təşkil edib.

AZƏRTAC

Digər xəbərlər