PDF Oxu

Sosial

  • 41

"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfrans keçirilib

"Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfrans keçirilib

Bir neçə aydır ki, Səbail rayonunun bütün orta ümumtəhsil məktəblərində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda elmi-praktiki konfranslar keçirilir. Konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqalələri ilə çıxışlar ediblər.

Konfransların yekunu olaraq Səbail rayon icra hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid elmi-praktiki konfrans keçirilmişdir.

Səbail rayonu 6 saylı orta məktəbin şagirdləri Nəzrin Məhərrəmli və Əziz Mustafayevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.

Konfransın işində iştirak edən Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov şagirdləri salamlayaraq, Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və Azərbaycanımızın tarixinin dərindən öyrənilməsi, məktəblilər arasında tarixə olan marağın artırılması məqsədi daşıyan konfransın əhəmiyyətini qeyd edib: "Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub-saxlaya bilmişdir. Dahi Öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasətini ölkə Prezidentimiz İlham Əliyev böyük səylə inkişaf etdirmişdir".

E.Əzizov onu da vurğulayıb ki, Azərbaycanın çoxillik tarixində yalnız iki dövlət xadimi Ümumxalq Lideri statusunu qazanmışdır: "Bunlardan biri Ulu Öndər Heydər Əliyevdir. Bu gün tam məsuliyyətlə demək olar ki, xalqımız Milli Lider mandatını dünyada görkəmli dövlət xadimi kimi tanınan ölkə Prezidenti İlham Əliyevə etibar etmişdir".

20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov keçirilən konfraslar və şagirdlərin hazırladıqları yazılar barədə məlumat verərək bildirmişdir ki, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 40-dan çox şagirdin işlədiyi monoqrafiyalar komissiya tərəfindən seçilmiş və Səbail rayon icra hakimiyyətinin dəstəyi ilə kitab halında çap olunucaqdır.

Ü.ƏSGƏROV

Digər xəbərlər