PDF Oxu

Sosial

  • 37

Azərbaycanın beynəlxalq aləmdə imici daha da möhkəmlənir

Azərbaycanın beynəlxalq aləmdə imici daha da möhkəmlənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasındakı müxtəlif sahələr üzrə getdikcə güclənən qarşılıqlı-faydalı əlaqələrin geniş miqyasından xəbər verir. Azərbaycan Respublikasının Prezidentinin səfər zamanı yüksək səviyyədə qarşılanması, Almaniya Kansleri Angela Merkel və digər mühüm şəxslərlə keçirdiyi ikitərəfli görüşlər, bu görüşlərdə müzakirə edilən bir sıra məsələlər ölkəmizin beynəlxalq müstəvidə getdikcə möhkəmlənən müsbət imicinin uğurlu nəticəsidir.

Prezident İlham Əliyevin Almaniyanın federal kansler Angela Merkellə görüşü ərəfəsində bir qrup erməni separatçısı "DQR" bayraqları ilə kanslerin iqamətgahı qarşısında piket təşkil edib. Bunu bəlkə də normal qarşılamaq olardı, çünki Azərbaycan Prezidentinin bu səfərləri Dağlıq Qarabağın erməni istilasından azad olunması üçün aparılan "hücum diplomatiyası" siyasətinin tərkib hissəsi kimi nəzərdən keçirilir. Əvvəlcədən də bildirilmişdi ki, danışıqlarda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq. Almaniya ATƏT-in fəaliyyətdə olan sədri olduğundan, üstəlik, Almaniya federal parlamentinin bəlli qətnaməsindən sonra bu danışıqlar xüsusi əhəmiyyət daşıyırdı.

Lakin normal olmayan Avropada yaşayan bir qrup azərbaycanlı "siyasi mühacir"in Robert Minor kimi anti-Azərbaycan ünsürlərlə birgə ermənilərin piketində iştirak etməsidir. Fotolardan görünür ki, Həbib Müntəzir və Elmir Mirzəyev kimi azərbaycanlı "hüquq müdafiəçiləri"nin qatıldığı piketdə "Dağlıq Qarabağ Respublikası"nın bayrağı da qaldırılmışdır.

Beləliklə, qondarma "DQR"-in bayrağı altında erməni separatçıları ilə birgə yürüş edən Həbib Müntəzir kimi saxta "insan hüquqları müdafiəçiləri"nin hansı dairələrə xidmət etdikləri bir daha aydın olmuşdur.

Eyni tarixdə Almaniyada Azərbaycan diasporunun üzvləri və bir sıra mütərəqqi dairələr Azərbaycana dəstək mitinqi keçirmiş, günü-gündən inkişaf edən Almaniya-Azərbaycan əlaqələrini alqışlamışlar. Bu, Azərbaycanda xaricdə yaşayan vətəndaşlarımızdan kimin vətənə, kimin başqa dairələrə bağlı olduğunu göstərən iki əyani nümunədir.

Başqa dairələrə bağlı olan, "Azərbaycan iqtidarı ilə mübarizə" adı altında erməni separatçılarla belə ittifaqa gedən, "DQR"-in bayrağını qaldıranların ölkəmiz daxilində "Milli Şura" deyilən qurum və Əli Kərimlinin FB qrupu tərəfindən qızğın müdafiəsi isə ayrı bir mövzudur.

Xüsusən, aprel ayının əvvəllərində milli ordumuz erməni işğalçılarına sarsıdıcı zərbələr endirərək, bir sıra strateji əhəmiyyətə malik yüksəklikləri, yaşayış məntəqələrini geri aldıqdan sonra erməni diasporunun, anti-Azərbaycan dairələrin və onların ölkəmizdəki tərəfdarlarının Azərbaycana qarşı aqressivliyinin artması müşahidə olunur.

NƏZAKƏT

Digər xəbərlər