Dünən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Toksikologiya şöbəsində KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib. Tədbirdə toksiki və qida zəhərlənmələri, ilan və əqrəb sancması kimi mühüm mövzular ətrafında diskussiyalar təşkil olunub, müzakirələr aparılıb.
Məlumat üçün bildirilib ki, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində kəskin zəhərlənmiş və onun nəticəsində vəziyyəti ağırlaşmış xəstələrin müalicəsi və reabilitasiyası aparılır. Qeyd olunub ki, 2015-ci ildə toksikologiya şöbəsinə 2462 xəstə hospitalizasiya olunub, 2014-cü il ilə müqayisədə qəbul olunmuş xəstələrin sayı 27 nəfər çox olmuşdur. Hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan və məişət zəhərlənmələri 1432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr 1030 nəfər olub.
Daxil olmuş xəstələrdən əsas qrupu "Dərman zəhərlənməsi" diaqnozu ilə olan xəstələr olub. II yerdə "Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr" diaqnozu ilə daxil olan xəstələrdir ki, onların da sayı 502 nəfər olub. III yerdə isə "Yandırıcı məhlullardan zəhərlənmə" diaqnozu ilə daxil olan xəstələr - 350 nəfər təşkil edib.
Daxil olmuş xəstələr əsas 20-29 yaş qrupuna aid olublar. 15 yaşına qədər daxil olmuş uşaqların sayı 419 nəfər olub.
Qida zəhərlənmələrinə dair çıxışlarda mövsümlə əlaqədar daha çox hansı məhsullardan zəhərlənmələrin qeydə alındığı, qida zəhərlənmələrinin ilkin simtomları haqda mətbuat nümayəndələrinə geniş məlumat verilib.
NƏZAKƏT