PDF Oxu

Sosial

  • 21

15 İyun Milli Qurtuluş Günü İsmayıllıda qeyd edildi

15 İyun Milli Qurtuluş Günü İsmayıllıda qeyd edildi

"15 İyun Milli Qurtuluş Günü - Ulu Öndərin hakimiyyətə qayıdışı, ölkəmizdə multikultural dəyərlərin dirçəlişi günüdür." Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının "Multikulturalizm ili" çərçivəsində Ruşan kənd orta məktəbində keçirdiyi tədbirdə səsləndirilmişdir.Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd etdi ki, Azərbaycan hər zaman dünyada multikulturalizmin və tolerantlığın ən uğurlu modellərindən birinin bərqərar olduğu diyar sayılıb. Burada tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürmüşdür. Bu gün isə Azərbaycanda etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm və tolerantlıq sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi ənənənin daha da möhkəmlənməsinə yol açmışdır. Ulu Öndər Heydər Əliyevin tarixi qayıdışı müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması sahəsində möhtəşəm siyasətin həyata keçirilməsinin başlanğıcı oldu. Onun rəhbərliyi altında həyata keçirilən çoxşaxəli layihələr sırasında cəmiyyətin tolerantlıq kimi təməl prinsipinin formalaşdırılması ayrıca qeyd olunmağa layiqdir. Ümummilli Liderin dövlət quruculuğu strategiyasında tolerantlıq cəmiyyətin birliyi və monolitliyinin təmin edilməsinin fundamental əsası olmaqla yanaşı, eyni zamanda, onun müasir dəyərlər sistemini mənimsəməsinin, müasir imicinin bərqərar olmasının mühüm parametri qismində çıxış edir.Tədbirdə çıxış edən Ruşan kənd tam orta məktəbinin direktoru Rəna Məmmədova, məktəbin müəllimləri Sahib Məmmədov, Sahil Əzimov, fəal gənclər Günel Məmmədova, Ayişə Şirinova qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır.Tədbirin sonunda Ulu Öndərin azərbaycançılıq məfkurəsinin tərkib hissəsi olan multikultural dəyərlərin qorunması və inkişafı sahəsində ölkəmizdə qazanılan uğurları əks etdirən sənədli film və məktəb şagirdlərinin ifasında ədəbi - bədii kompozisiya nümayiş etdirildi.

ZÜMRÜD

Digər xəbərlər