PDF Oxu

Sosial

  • 34

Multikulturalizmin Azərbaycan modeli- şagirdlər arasında

Multikulturalizmin Azərbaycan modeli- şagirdlər arasında

"Multikulturalizmin Azərbaycan modeli- dini radıkalizmə və ekstremizmə qarşı maarifləndirmə" layihəsi Azərbaycan Respublikası Uşaq və Tələbə-Gənclər Dünyası İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə yardımıyla həyata keçirilir. Tədbir Təhsil Nazirliyinin dəstəyilə Sabunçu rayonu Ramana qəsəbəsi 198 saylı məktəbində, Zabrat 71 saylı məktəbdə, Suraxanı rayonu 275 saylı məktəbdə uğurla həyata keçirildi. Tədbirin aparıcısı Bəxtimşah Tağıyeva əvvəlcə Azərbaycan Respublikası Uşaq və Tələbə-Gənclər Dünyası İctimai Birliyi haqqında məlumat verdi, sonra layihənin əhəmiyyəti barədə uşaqlara məlumat verib.

B.Tağıyeva bildirib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır: "Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış formasına çevrilib. Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş müharibəsi baş verməyib, bu sahədə qarşılıqlı hörmətə və etimada əsaslanan mütərəqqi münasibətlər mövcud olub. Son illər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlayıb."

Bəxtimşah Tağıyeva mövzunu ətraflı izah etdikdən sonra şagirdlərin suallarını cavablandırıb. Şagirdlərə təsvirli köynəklər, bukletlər, sertifikatlar hədiyyə olunub. Uşaqlar üçün şirniyyat süfrəsi açılıb və xoş arzularla tədbir başa çatıb.

TURAL TURAN

Digər xəbərlər