YAP Masallı rayon təşkilatı bu mövzuda Milli Qurtuluş Gününü qeyd edib
Dünən YAP Masallı rayon təşkilatı aparatında rayon təşkilatının qadınlar şurası və gənclər birliyinin birgə təşkilatçılığı ilə "Tariximizin Qurtuluş zirvəsi" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı gənclər birliyinin sədri Məmmədhüseyn Hüseynov tədbir iştirakçılarını 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib və 15 iyun tarixinin mahiyyəti ilə bağlı fikirlərini açıqlayıb: "Ölkəmizdə ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Ulu Öndər Heydər Əliyevi Bakıya dəvət etdi. Ümummillli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Dahi Öndər Heydər Əliyev çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi".
YAP Masallı rayon təşkilatı gənclər birliyinin üzvü Şəmşir Kərimov məruzə ilə çıxış edərək vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.
Rayon təşkilatının qadınlar şurasının üzvü Nuranə Əliyeva çıxış edərək bildirdi ki, Dahi Öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir: "Ulu Öndər Heydər Əliyevin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində dahi şəxsiyyət Heydər Əliyev dühasının bir zərrəsi var".
YAP Masallı rayon təşkilatı qadınlar şurasının sədri Gülşən Xəlilova, rayon təşkilatının qadınlar şurasının üzvlərindən Göyçək Ələsgərova, Münəvvər Əzimova, Ülvi Rufullayev, Pərvin Rəsulova və başqaları çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs ediblər.
R.HÜSEYNOVA