PDF Oxu

Sosial

  • 25

YAP Sabunçu rayon təşkilatı internat məktəbində tədbir keçirdi

YAP Sabunçu rayon təşkilatı internat məktəbində tədbir keçirdi

Mehriban Abasquliyeva: "15 iyun xalqımızın milli qurtuluşu timsalında əbədi salnamə və qətiyyətli dövlətçilik tarixidir"

Yeni Azərbaycan Partiyasının (YAP) Sabunçu rayon təşkilatının təşkilatçılığı ilə rayonda yerləşən 11 saylı inteqrasiya tipli internat məktəbində 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru Gülnarə Abdullayeva tədbir iştirtakçılarını salamlayaraq, onları 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib.

Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyevaya bu tarix barədə danışaraq onun əhəmiyyətli məqamlarına toxunub: "Hər bir yeniyetmə və gənc bu tarixlə qürur duymalı, onu dərk edərək, gələcək nəsillərə çatdırmalıdır. Çünki xalqımızın qurtuluş tarixi məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, mübarizliyi sayəsində yazılmışdır. Bir tərəfdən "Talış-Muğan Respublikası", digər bir yandan "Sadval", daha bir yandan isə Surət Hüseynovun başıpozuq silahlıları ölkəmizi parçalamağa, kiçik əyalətlərə bölməyə çalışırdılar. Bu mənfur işdə həm daxili, həm də xarici düşmənlər, bu gün özlərinə əsas müxalifətçi deyən kəslər iştirak edirdilər. Lakin xalqımız və millətimiz Ulu Öndər Heydər Əliyevin rəhbərliyini tələb edərək, Azərbaycanı düşdüyü bəladan qurtarmağa səslədilər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu çağırışa etinasız yanaşmadı və həmin tarix 15 iyun günü olaraq, xalqımızın milli qurtuluşu timsalında əbədi salnamə yazdı".

M.Abasquliyeva hazırda Azərbaycanın inkişaf və tərəqqi yolunu tutduğunu deyərək, Ulu Öndər Heydər Əliyev siyasətinin ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparıldığını vurğulayıb: "Prezidentimiz və Onun xanımı, millət vəkili, YNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan qadınının analıq nümunəsi Mehriban xanım Əliyeva cəbhə xəttində baş verən məlum aprel təxribatlarından sonra düşmənə layiqli cavab verən əsgərlərimizlə, cəbhə bölgəsində yaşayan sakinlərlə görüş keçirdi. Bu faktor isə, bir daha belə qənaətə gəlməyə əsas verir ki, bəli, dövlətimiz daim xalqının yanındadır".

YAP İdarə Heyətinin üzvü Nəriman Salmanov da çıxış edərək bildirdi ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycanın düşdüyü böhranlı, xaos və parçalanma təhlükəsindən qurtardığı şərəfli tarixdir: "Məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyevin qətiyyəti, iradəsi, mübarizliyi sayəsində Azərbaycan xalqı bəlalardan yaxa qurtarmağı bacardı".

Tədbirin sonunda 11 saylı inteqrasiya tipli internat məktəbinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya göstərildi, eləcə də şagirdlərin müxtəlif əl işləri sərgisinə baxış keçirildi.

Rövşən RƏSULOV

Digər xəbərlər