PDF Oxu

Sosial

  • 22

Naftalanda Milli Qurtuluş Günü qeyd olundu

Naftalanda Milli Qurtuluş Günü qeyd olundu

Naftalan şəhər icra hakimiyyətinin və YAP Naftalan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə gül-çiçək dəstələri düzüblər.

Rayonun Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov Ümummilli Liderin Azərbaycanın həyatındakı müstəsna rolundan və Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb: "Müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbinə səs verərək, hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşunda dönüş nöqtəsi oldu. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yarandı. Ölkə xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, bir sözlə, dövlətçiliyi itirmək təhlükəsindən qurtuldu. Dahi Öndər Heydər Əliyev öz doğma xalqını uçurumlardan xilas edərək, işıqlı gələcəyə apardı. Ümummilli Lider müstəqillik yolunda ilk qədəmlərini atan Azərbaycanın ən mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik məsuliyyətini öz üzərinə götürərək, xilaskarlıq və quruculuq missiyasını böyük şərəflə yerinə yetirməklə xalqımızın ən görkəmli Şəxsiyyəti olaraq tarixdə silinməz iz qoydu".

Sonra məktəblilər arasında bir sıra müsabiqələrin respublika mərhələlərində uğur qazanmış şagirdlər şəhər icra hakimiyyəti tərəfindən diplomlarla təltif edilib. Sonda məktəblilərin ifasında "Həmişə yaşar dahi" adlı kompozisiya nümayiş etdirilib.

ZÜMRÜD

Digər xəbərlər