Daşkəsən rayonunda son zəng yüksək fəallıq və ruh yüksəkliyi şəraitində başa çatmışdır. Bu, səbəbsiz deyildir. Son zəng keçirilcək ümumtəhsil məktəblərinin əksəriyyətində bu işə ciddi hazırlıq görülmüş, pedaqoji kollektivlər bütün daxili imkanları hərəkətə gətirmiş, son zəngin rəngarəng təşkil edilməsi üçün lazımi təşkilati işlər aparmışlar.
Məhz deyilənlərin nətiçəsidir ki, ucqar dağ kəndi olan Astaf kənd tam orta məktəbində də son zəng əvvəlki illərdəkindən daha şən, yüksək fəallıq şəraitində keçmişdir. Ucqar dağ kəndinin təhsil ocağında keçirilən bu yüksək səviyyəli tədbirə kənd ağsaqqaları, ziyalılar, ictimaiyyət nümayəndələri də qatılmışdılar. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyevin iştirak etdiyi həmin son zəng tədbirində əvvəlcə məktəbin direktoru Vüsal Ocaqverdiyev çıxış etmiş, məzunları, valideyinləri bu əlamətdar gün münasibəti ilə təbrik edərək, onlara gələcək həyat yollarında uğurlar və böyük müvəffəqiyyətlər arzulamışdır.
Kənd ağsaqqaları, valideyinlər öz çıxışlarında möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan ürək dolusu danışmış, apardığı uğurlu daxili və xarici siyasətini bəyəndiklərini, daim Onun ətrafında sıx birləşdiklərini bildirmiş, ölkəmizdə, eləcə də rayonumuzda aparılan geniş quruculuq-abadlıq yenidənqurma və tikinti işlərindən razı qaldıqlarını ifadə etmişlər.
Tədbirin sonunda YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bu əziz gün münasibəi ilə valideyinləri, məzunları təbrik etmiş öz xoş arzularını, istəklərini çatdıraraq, qeyd etmişdir ki, bu tədbirdə ürəyindən çox qiymətli olan bir Çin atalar sözü keçir. Çinlilər deyir ki, bir il sonranı düşünürsənsə, buğda ək, on il sonranı fikirləşirsənsə, düyü ək, 100 il sonranı düşünürsənsə, sağlam və təhsilli nəsil yetişdir.
Daha sonra tədbir iştirakçıları, doğmalar, valideyinlər və ağsaqqallar məzunları təbrik etdilər. Tədbir musiqi nömrələri ilə davam etdirildi. Beləliklə, Daşkəsən rayonunun ən ucqar dağ kəndində son zəng yüksək fəallıqla keçirildi, yaddaşlara yazıldı.
RƏFİQƏ