Tarixən Ermənistanın işğalçı ölkə olduğunu təsdiq edən kifayət qədər faktlar mövcuddur. Eyni zamanda, ermənilərin dəfələrlə müharibəyə etiraz etdiyini mətbuat vasitəsi ilə də görmüşük. Ermənilər artıq qaniçən Serj Sarkisyanın işğalçılıq siyasətindən boğaza yığılaraq, "Ya ölüm, ya olum" dilemması qarşısında qaldığını bildirirlər. Dağlıq Qarabağ uğrunda aparılan müharibənin mənasız olduğunu və bu baxımdan Ermənistanın işğalçı niyyətindən əl çəkməsinin vacibliyini qeyd edirlər.
Georgi Vanyan: "Erməni xalqı Ermənistanın işğalçı ölkə olduğunu və artıq Azərbaycanın haqlı mövqeyini dərk edir"
Erməni hüquq müdafiəçisi Georgi Vanyan Ermənistanın işğalçı ölkə olduğunu, Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyini bildirib: "Təəssüf ki, nə hökumətlərin, nə də dünya ictimaiyyətinin konfliktin həllində heç bir marağı yoxdur. Bizim xalqın daxilində nə isə dəyişməlidir. Gərək, daxildə yeni proses, mədəni inqilab, beyinlərin inqilabı başlasın. Ancaq nə qədər ki, Sarkisyan hakimiyyətdədir, bu, mümkün olmayacaq".
Ermənistanı işğalçı ölkə kimi tanıyan və Sarkisyan hakimiyyətini günahlandıran daha bir erməni "İnsan Haqqları və Azadlıqlarının Müdafiəsi" təşkilatının rəhbəri, keçmiş siyasi məhbus və hüquq müdafiəçisi Vardan Arututyandır.
Vardan Arututyan: "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və yenidən Azərbaycana qaytarılmalıdır"
O, Ermənistan hakim rejimini birbaşa tənqid etdiyi üçün dəfələrlə təyziqlərə məruz qalıb. Vardan Artunyan öz çıxışlarında dəfələrlə qeyd edib ki, "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi olub və yenidən Azərbaycana qaytarılmalıdır. Bu müharibənin davam etməsi Ermənistanı çox geri qoyur."
Erməni hüquqşünası və bu istiqamətdə ölkələr arasında xalq diplomatiyasının rolunun daha böyük olduğunu bildirir və Ermənistanın bu müharibədə haqsız olduğunu və Sarkisyan hakimiyyətinin günahkar olduğunu qeyd edir.
Erməni yazıçısı "Elnara" adlı kitabın müəlifi, keçmiş deputat Çubukçyan yazdığı kitabında "Qarabağ sizindir və sizə qurbandır" fikirləri açıq şəkildə etiraf olunur. Hətta o, Prezident İlham Əliyevə müraciət edərək, Azərbaycan vətəndaşı olmaq istəsə də, ermənilər buna imkan verməyib.
Armen Melikyan: "Aprelin 24-də ermənilər yenə də bütün dünyaya mədəniyyətsiz, qanacaqsız, ağılsız, neandertal şüurlu insanlar olduqlarını göstərdilər"
İveta Mukuçyan: "Dağlıq Qarabağ Azərbaycana məxsusdur"
İveta Mukuçyan isə Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu bildirib: "Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər "böyük qardaş" Rusiya ilə müzakirə olunur, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır".
Göründüyü kimi, artıq erməni xalqı da anlayır ki, Dağlıq Qarabağ Azərbaycana məxsusdur. Bir də onu da anlayır ki, Azərbaycanın güclü Lideri və sarsılmaz ordusu var. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Ali Baş Komandan və ölkə Prezidentinin bildirdiyi kimi: "Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq".
A.SƏMƏDOVA