PDF Oxu

Sosial

  • 18

İNDİ

İNDİ

Əməkdaşımız Əli Bayramovun əziz xatirəsinə

Gəlimli-gedimli fani dünyada,

Olum nəşəsində qəlb coşub indi...

Əli Bayramovu apardı Xuda,

Ruhlar aləminə qovuşub indi.

Şimşək qırmancında çaxıb gedibdi,

Jalə çuxuruyla axıb gedibdi,

Ani pəncərədən baxıb gedibdi,

Ədəbi məskənə yovuşub indi.

Bənzərsiz məsləki, qayəsi vardı,

Açılı-şirinli xülyası vardı,

Özü boyda "Əli dünyası" vardı,

Oxu maddilikdən çovuşub indi.

Valeh, öyünmə ki, ədəbi soyun,

Tabut ölçüsündə qısalar boyun,

Sən adi oyunbaz, həyat bir oyun,

Köçün müvəqqəti sovuşub indi.

Valeh Məhərrəmli

Digər xəbərlər