PDF Oxu

Sosial

  • 743

QƏDR GECƏSİ HAQQINDA

QƏDR GECƏSİ HAQQINDA

Qədr gecəsi - elə bir gecədir ki, 1000 aydan üstündür. Bir gecədir ki, onun 1000 ay cihaddan, 1000 ay ibadətdən, 1000 ay səltənət idarə etməkdən üstün olduğu buyrulub. Bu, elə bir şərafətli gecədir ki, insanların ruzisi, onların əcəlləri və digər işləri bu gecə təyin edilir. Bu, bir gecədir ki, onda Quran nazil olunub. Bu əzəmətli gecənin mübarəkliyi Qurani-Şərifin özündə bildirilir.

Əhli-beytə (ə) istinadən nisbət verilən hədislərdə bildirilir ki, "Mələklər Qədr gecəsi yerə enirlər və yer üzünə yayılırlar; möminlərin məclislərinə baş çəkirlər, onları salamlayırlar və duaları üçün "Amin!" deyirlər. Bu vəziyyət dan yeri sökülənədək davam edir". Əlavə olaraq bildirilir: "Bu gecə dönük valideynlərdən, sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlərdən, içki içənlərdən və qəlbində bir möminə qarşı düşmənçilik hissi olan şəxslərdən başqa, heç kimin duası Allah dərgahından geri qaytarılmaz".

Qədr gecəsi ilə əlaqədar tövsiyələr:

1. Gecəyə qədər, Allahdan bu gecənin bərəkətindən istifadə etmək ləyaqətini əldə etmək üçün dua etmək;

2. Qədr gecəsinin keçirilmə keyfiyyətini əvvəlcədən proqramlaşdırmaq;

3. Qədr gecəsində əhya saxlayacağını (oyaq qalacağını) nəzərə alaraq, gecəyədək dincəlməyi unutmamaq;

4. Qədr gecəsi başlananadək, Allah dərgahında səmimi surətdə tövbə edib, qəlbində bütün möminlərin öz üzərində haqqını halal etmək;

5. Əhya niyyətilə qüsl almaq; 2 rükət əhya namazı qılmaq; təvəssül əməlini və Qədr gecəsinə aid müfəssəl kitablarda göstərilmiş digər əməlləri yerinə yetirmək;

6. Allahdan özü üçün və digər müsəlmanlar üçün çox-çox bağışlanmaq istəmək; Quran oxumaq; qəza namazları varsa, onların qılınmasına vaxt ayırmaq; islam maarifi ilə məşğul olmaq.

ŞƏHADƏT

Hicri 40-cı il Ramazan ayının 19-da, Kufə məscidində sübh namazını qıldığı zaman Əmirəlmöminin Həzrət Əli (ə) sui-qəsdə məruz qalmış, Ramazan ayının 21-də Mütəal Allahın yolunda həyatını qurban verərək, şəhadətə yetişmişdir.

Həzrət Fatimeyi-Zəhradan (s) nəql edirlər: "Əli - rəbbani və İlahi bir imamdır və nuraniyyət abidəsidir. Bütün allahpərəstlərin, ariflərin qütbüdür, paklar sülaləsinin övladıdır; həqiqəti söyləyəndir, İmamətin əsası və mərkəzidir, Peyğəmbərin 2 gül dəstəsi və cənnət cavanlarının sərvərləri - Həsən və Hüseynin atasıdır".

Həzrət Rəsulullahdan (s) nəql edirlər: "Gördüm ki, behiştin qapısına yazılmışdır: "Allahdan başqa məbud yoxdur, Mühəmməd (s) Onun elçisidir, Əli (ə) - onun (Peyğəmbərin) qardaşıdır"".

Həzrət Əli (ə) belə münacat edirmiş: "İlahi! Mən aqibətimin, sonumun qorxusundan deyil və ya mükafatına qarşı rəğbətdən deyil, həqiqətdə mən yalnız Səni ibadət üçün layiq tapdığım üçün Sənə ibadət etdim".

ALLAH Qədir gecəsində etdiyimiz duaları qəbul eyləsin...

Ramazan ayının 19-cu gecəsinin duası: "İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".

İmsak: 03:07

İftar: 20:32

Hazırladı: SƏDAQƏT

Digər xəbərlər