PDF Oxu

Sosial

  • 32

Beynəlxalq konfranslarda Azərbaycanın dövlətçilik tarixinə aid mərüzələr

Beynəlxalq konfranslarda Azərbaycanın dövlətçilik tarixinə aid mərüzələr

İsveç Krallığının Stokholm şəhərindəki Hərbi Muzeydə 16-18 may tarixində keçirilən Beynəlxalq Simpoziumun adı (Bu bayraq altında qalib gələcəksən) "İN HOC SIGNO VINCES". İlk dəfə olaraq Azərbaycanın tarixi dövlətçilik atributları tam və dölğun şəkildə beynəlxalq veksilloloji (bayraqşünaslıq) simpoziumda Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları tərəfimdən təqdim edildi. Beynəlxalq simpoziumda Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları dünyanın nüfuzlu bayraqşünas alimlərinə ingilis dilində təqdim etdim. Qeyd etmək istərdim ki, veksollologiya Azərbaycanda yeni elm istiqaməti olaraq bayraqların, ştandartların tarixini, inkişaf mərhələlərini və üzərlərindəki rəmzi elementləri araşdıran elmdir. Məruzəmdə Naxçıvan xanlığının XVIII-XIX əsr dövlət və iki rəngli döyüş bayrağı, Azərbaycan dövlət bayrağının rəmzlərinin tarixi barədə məlumat verilmişdir. Elmi tədqiqatlarım nəticəsində aşkar edilmiş bayraqlar Naxçıvan xanlığının dövlət və iki rəngli döyüş bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı general-feldmarşal İvan Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür. Naxçıvan xanlığının Dövlət Bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi, xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri subut edir ki, Azərbaycan Respublikasının dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cümhüriyyətindən də qabaq Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilmişdir. Yuxarıdsa qeyd olunanlar azərbaycançılığı, milli məfkürəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olmasını bildirirdi. Məruzəmdə qeyd etmişdim ki, bayraqda əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Belə ulduzlar nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, o cümlədən XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da olmayıb. Bayraqların təsvirlərini təhlil edərkən, belə qənaətə gəlinir ki, təqdim edilən bayrağların tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi-mədəni ənənələrinin əks etdilməsi məruzəmdə qeyd etdildi. Bunlardan əlavə, 1960-cı illərdə Naxçıvanda tapılmış və Azərbaycandan Dövlət Ermitajına aparılmış Alban hökmdarı javanşirin tunc buxardanının üzərindəki rəmzlər barədə məlumat verildi. Veksillologiya (bayraqşünaslıq) üzrə keçirilən bu tədbirdə İsveç Krallığının Hərbi Muzey, Avstriya, İspaniya, Rusiya Federasiyasından (Moskvanın Kreml Muzeyi, Sankt-Peterburq şəhərindən - Dövlət Ermitaj Muzeyi, Artilleriya Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərbi-Tarix Muzeyi), Böyük Britaniya, Polşa (Krakov Milli Muzeyi, Polşa Silahlı Qüvvələri Muzeyi, Böyük Polşanın Hərbi Muzeyi), Belarus, Ukrayna, Vyana numayəndələri iştirak etmişlər. Tədbir çərçivəsində iştirakçı dövlətlərin diplomatik numayəndəlikləri ilə İsveç Krallığının Hərbi Muzeyində təşkil edilmiş görüş keçirildi. Konfrans muddətində iştirakçılar İsveç Krallığının Stokholm şəhərindəki Hərbi Muzeyin bayraq fondları ilə tanış edildi.Yuxarıda sözügedən bayraqlar, 19-21 may tarixində Rusiya Federasiyası Sankt-Peterburq şəhərində Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyində keçirilən "Müharibə və silah. Yeni tədqiqatlar və materiallar" beynəlxalq elmi-praktik konfrans çərçivəsində "Naxçıvan xanlığının XVIII-XIX əsr bayraqları"na həsr edilmiş təqdimat keçirildi. Naxçıvan xanlığının dövlət və iki rəngli döyüş bayraqları barədə geniş məlumat verərək, bayraqların üzərindəki, ərəb dilli yazılar və rəmzlərin mənalarını təhlil edərək, tam olaraq izahı verildi.Qeyd etmək istərdim ki, Naxçıvan xanlığının bayraqları 2015-ci ilin may ayında tərəfimdəm aparılmış elmi-tədqiqatlar nəticəsində Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin bayraq fondunda aşkar edilib. Növbəti məruzəm Sankt-Peterburq şəhərində keçirilən VII Beynəlxalq Elmi-Praktiki Konfransda Azərbaycan xanlıqlarının dövlətçilik rəmzlərinə həsr olunan, "Bakı xanlığının doqquz bayraqlarından biri" adlı mövzuya həsr edilib. Belə ki, Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb Tarixi Muzeyində keçirilən konfrans Rusiya ərazisində keçirilən hərb tarixinə həsr olunan ən irimiqyaslı konfrans sayılır, burada 25-dən artıq dövlətlərin nümayəndələri iştirak edmişlər. Hərb tarixi mütəxəssislərinin böyük marağına səbəb olan konfransın materialları toplu şəklində dərc edilmişdir. "Bakı xanlığının doqquz bayraqdan biri" adlı məruzəmdə Bakı xanlığının işğalından sonra qənimət kimi götürülmüş doqquz bayrağından, Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan bir bayraq haqqında məruzə etdim. Bayrağın üzərindəki "İslam" dini yazıları, şuarlar və rəmzlər barədə beynəlxalq ictimaiyyətə tam məlumat təqdim edilmişdir. Çıxış zamanı bayrağın fotolarını slaydlar şəklində təqdim edərək, mütəxəssislərin çoxsaylı suallarına cavab verdim. Cari ilin 24-25 may tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskvada, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Mərkəzi Muzeyində növbəti beynəlxalq konfransda Azərbaycanı təmsil etdim. Tədbirdə iştirak edərək, "Azərbaycanda Sovet hakimiyyətinin yaradılması" adlı məruzəmdə Azərbaycan SSR-i dövründə milli rəmzlər əvəzinə, müxtəlif illərdə qəbul edilmiş bayraqlar və gerblər barədə məlumat verdim. Həmçinin, 1941-1945-ci illərdə Azərbaycan atıcı diviziyalarının, Azərbaycan döyüşçülərinin qəhrəmanlıqları, Böyük Vətən müharibəsi illərində istifadə olunan yanacağı təmin etmək üçün Azərbaycan neftinin həlledici rolunu məruzədə qeyd etdim. Məruzəmdə, 1960-cı illərdə Azərbaycan SSRİ-də iqtisadi böhran yaranması və Heydər Əliyevin Azərbaycanda Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra Sovet Azərbaycanının hər sahədə yüksək templə inkişaf mərhələsinin başlanması vurğulandı. Müstəqillik illərində də Azərbaycana rəhbərlik edən Heydər Əliyev respublikanın güclənməsini və inkişafını təmin edərək beynəlxalq nufuzunu artırmışdır. Heydər Əliyevin siyasət xəttinin layiqli davamçısı Cənab İlham Əliyev Azərbaycanda sosial-iqtisadi stabillik yaradaraq, olkənin bütün istiqamətlərdə dinamik inkişafını təmin etməsi barədə məruzə etdim.

Pərvin Gözəlov,

tarix üzrə fəlsəfə doktoru,

bayraqşünaslıq və heraldika üzrə mütəxəssis

Digər xəbərlər