PDF Oxu

Sosial

  • 31

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəkdir

Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyəti yüksəkdir

2016-cı ilin birinci yarımillində 10530 uşaq müayinədən keçirilib

Azərbaycanda uşaqlara göstərilən səhiyyə xidməti yüksək səviyyədə təşkil edilib. Bu sahədə yerli səhiyyə müəssisələri ilə yanaşı, elmi-tədqiqat institutları yüksək səviyyədə fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata istinadən, təkcə 2015-ci il ərzində Elmi-Təhqiqat Pediatriya İnstitutuna 9099, 2016-cı ilin birinci yarımilliyində isə 4500 müxtəlif dərəcəli sağlıq problemləri olan uşaq gətirilib.

Azərbaycan Respublikası Prezidentinin 10 dekabr 2013-cü il tarixli 150 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı"nın icrası da hər il uğurla tətbiq edilir. Belə ki, 2016-cı il Dövlət Proqramı çərçivəsində ET Pediatriya İnstitutunun əməkdaşları respublikanın rayonlarında ezamiyyətdə olublar. Həkimlərdən ibarət 15 qrup bölgələr üzrə 39 rayona ezam olunublar. Qanunun icrası məqsədilə rayon mərkəzi xəstəxanaları qarşısında Səhiyyə Nazirliyi tərəfindən çox mühüm vəzifələr qoyulub və həmin vəzifələrin uğurla yerinə yetirilməsi yolları göstərilib, yerlərdə müvafiq sənədlərin mövcudluğu yoxlanılıb. Dispanserizasiya planına uyğun olaraq aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatın uşaqların dispanser müşahidə kartında əksini tapması və "Elektron sağlamlıq kartı"nın yaradılması araşdırılıb. Sağlamlıq imkanları məhdud olan, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.

NƏZAKƏT

Digər xəbərlər