Dünən YAP Gənclər Birliyinin bir qrup fəal üzvü İstanbulun Atatürk Hava Limanında baş vermiş faciə ilə əlaqədar qardaş Türkiyə xalqının acısına şərik çıxaraq, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı vermək üçün Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında toplaşmışdırlar. Terrorizm təkcə Türkiyəni deyil, bütün bəşəriyyəti bürüyən problem olduğundan dinindən, dilindən asılı olmayaraq, hər kəs buna etirazını bildirməlidir. Gənclərin göstərdiyi bu həmrəylik Azərbaycan dövləti və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmliyinin daha bir bariz nümunəsidir. Gənclər qardaş ölkənin sevinci ilə yanaşı, onun kədərinə də şərik olduqlarını göstərərək, terrorizmə qarşı mübarizədə onların hər zaman yanında olacaqlarını nümayiş etdirmişlər.
NƏZAKƏT