PDF Oxu

Sosial

  • 36

"Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir"

"Milli Ordu güvənc yerimiz, qürur mənbəyimizdir"

YAP Şirvan şəhər təşkilatı Şirvan şəhər icra hakimiyyyəti ilə birgə "N" hərbi hissəsində olub

Şirvan şəhər icra hakimiyyəti və YAP Şirvan şəhər təşkilatının üzvləri və ictimaiyyət nümayəndələri cəbhə bölgəsində "N" saylı hərbi hissədə komandir və zabit-əsgər heyəti ilə görüş keçiriblər. Görüşdə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov çıxış edərək, hərbi hissənin komandir, zabit və əsgərlərini salamlayıb və bildirib ki, 2003-cü ildə Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqli davamçısı Cənab İlham Əliyevin prezident seçilməsi ilə bu arzular reallaşdı. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi qayğı - zabitlərin mənzillə təmin olunması, əmək haqlarının artırılması, yeni silahların alınması və bu kimi işlərin görülməsi danılmazdır.

Ə.İbrahimov onu da bildirib ki, Milli Ordumuz güvənc yerimiz, qürur mənbəyimizdir və inanırıq ki, Azərbaycan Ordusunun hər bir əsgər, çavuş, gizir, zabit və generalı döyüş meydanında qəhrəmanlıq sözünü deməyə və qalib gəlməyə hazırdır.

Tədbirdə çıxış edən əsgər və zabitlər görüşün təşkilatçılarına dərin minnətdarlıqlarını bildiriblər, Vətənə, xalqa hər zaman layiqincə xidmət edərək, Azərbaycanın şərəfini daim uca tutacaqlarını bəyan ediblər və Şirvan şəhər icra hakimiyyəti tərəfindən göndərilən hədiyyələr hərbi hissə komandanlığına təqdim edilib və Şirvan şəhər incəsənət ustalarının geniş konsert proqramı olub.

Ü.ƏSGƏROV

Digər xəbərlər