Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin (ARGİN) dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Şəmkirdə keçirilən "Çənlibel" IX Liderlik Məktəbi davam edir. SİA-nın məlumatına görə, liderlik məktəbinin açılış mərasimində Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və ATGTİ-nin sədri millət vəkili Şahin İsmayılov iştirak edib. Tədbirin qonaqları çıxış edərək, layihənin gənclər üçün olan əhəmiyyətindən danışıb və layihədə mübarizə aparacaq komandaların hər birinə uğurlar arzu edib. Sonda hər bir komandaya onların bayraqları təqdim olunub.Qeyd edək ki, iştirakçılar 15 iyul tarixinədək davam edəcək layihə müddətində "Layihələrin yazılması və idarəolunması", "Sosial media", "Liderlik, diplomatiya və bədən dili", "Motivasiya və komanda işinin təşkili" təlimlərində və mütəxəssislərlə görüşdə iştirak edəcəklər.
sia.az