PDF Oxu

Sosial

  • 19

Azərbaycanın turizm potensialı Körfəz ölkələrində təbliğ olunur

Azərbaycanın turizm potensialı Körfəz ölkələrində təbliğ olunur

Mədəniyyət və Turizm Nazirliyinin ilk xarici turizm təmsilçiliyi 2011-ci ildə BƏƏ-nin Dubay Əmirliyində fəaliyyətə başlamışdır. Körfəz ölkələrində Azərbaycan turizmini hazırda "Atlantis Holidays" şirkəti təmsil edir.Təmsilçilik yaradıldığı ilk gündən missiyasının öhdəsindən uğurla gəlmiş, Azərbaycanın mədəniyyətini, mətbəxini, tarixi-mədəni irsini və müxtəlifliyini düzgün təbliğ etməklə ərəb xalqları və vətəndaşları arasında ölkəmizi əsas turizm istiqamətlərindən biri kimi önə çıxarmışdır.Son 5 il ərzində Azərbaycanı Körfəz ölkələrindən olan turistlərin üz tutduğu əsas istiqamətlərdən birinə çevirmək üçün çoxsaylı silsilə tədbirlər təşkil edilmiş, ictimaiyyətə daha yaxından tanıtmaq üçün onlayn maarifləndirmə işləri aparılmışdır.Ərəb ictiamiyyətində məlumatlılığı və Azərbaycana diqqəti daha da artırmaq üçün təmsilçilik son 6 ayda ölkəmizin turizm sənayesi nümayəndələrinin iştirakilə Doha və Küveytə uğurlu səfər təşkil etmişdir.Təmsilçiliyin ofisi, həmçinin BƏƏ höküməti, Dubay bələdiyyəsi, Dubay gömrüyü, Səhiyyə və Media təşkilatlarının dəstəyi ilə də davamlı olaraq silsilə tədbirlər təşkil etmiş, BƏƏ-də keçirilən "The Arabian Travel Market" və "ITB Abu Dhabi" Küveyt dövlətində keçirilən "Travel Luxury Show" və Səudiyyə Ərəbistanı Krallığında keçirilən "Trade Fairs Riyadh" kimi ən iri sərgilərdə də təmsil olunmuşdur.Təmsilçi şirkətin aktiv fəaliyyətilə "Al Bayan", "Al Khaleej", "Khaleej Times", "Gulf News", "Gulf Today" qəzetlərində, "Al Jazeera" və "BBC" kimi telekanallarında ölkəmizin təbliğatı davamlı olaraq aparılır.Bütün bu səylərin, eləcə də Körfəz ölkələrinə münasibətdə viza siyasətində aparılan islahatların nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə son 6 ay ərzində Körfəz ölkələrindən Azərbaycana gəlmiş turistlərinin sayında kəskin artım baş vermişdir.

NƏZAKƏT

Digər xəbərlər