"Hər zaman fədakar cəbhəçiləri öz şəxsi maraqlarına qurban verən Əli Kərimli yenə də öz xislətindən əl çəkmir. Əgər referendum ərəfəsində müxalifətin mitinqi baş tutarsa, yenə də bir neçə nəfər Kərimli maraqlarının qurbanına çevriləcək". AXCP sədrinin ictimai məsələlər üzrə müavini Ehtiram Mehdiyev deyib.Onun sözlərinə görə, aksiya zamanı Əli Kərimli öz növbəsində mənşəyi bilinməyən xarici təşkilatlardan bunun müqabilində "mükafat" alacaq və nəticədə şəxsi büdcəsini artıracaq: "Proseslərə nəzər salsaq görərik ki, bu günə qədər keçirilən bütün etiraz aksiyalarından heç bir nəticə əldə olunmayıb. Hər mitinqdə isə iştirakçıların sayı 70-80 faiz nisbətində azalır. Bu dəfə də eyni hal baş verəcək. Hər zaman olduğu kimi, yenə də Əli Kərimli və havadarları məğlub olacaq".
sia.az