PDF Oxu

Sosial

  • 32

Ermənistanda hakimiyyət əleyhinə aksiyalar davam edir

Ermənistanda hakimiyyət əleyhinə aksiyalar davam edir

Ermənistanda hakimiyyətə qarşı etiraz aksiyaları avqustun 8-9 tarixlərində də davam etməkdədir. Erməni mətbuatının yazdığına görə, Yerevanın mərkəzi meydanında polis alayının binasını ələ keçirmiş silahlı qrupa növbəti dəfə dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları həbs olunan fəalların azadlığa buraxılmasını tələb edirlər.

Aksiyaya rəhbərlik edən "Təsis parlamenti" hərəkatının üzvü Arutyun Aslamazyan çıxışında silahlı qrupun üzvlərinin tezliklə azad olunaraq yenidən mübarizəyə qatılacaqlarına ümid etdiyini bildirib.

Avropa İttifaqının Ermənistandakı müvəqqəti işlər müvəkkili Andrea Xalupova və ABŞ-ın işğalçı ölkədəki səfirliyinin şöbə müdiri Metyu Yussen Ermənistanın ombudsmanı Arman Tatoyanla keçirilən görüşlərində son hadisələri müzakirə ediblər. Avropa İttifaqının Yerevandakı nümayəndəliyindən verilən məlumata görə, tərəflər gücdən istifadəni pisləyiblər. Mətbuatın yazdığına görə, Erməni-Amerika Şurası da Ermənistan polisinin və mülki geyimli naməlum şəxslərin söz azadlığı və sərbəst toplaşma hüquqlarından istifadə edən vətəndaşlara və peşə borcunu yerinə yetirən jurnalistlərə qarşı zor tətbiqini kəskin pisləyib. Şuranın yaydığı bəyanatda qeyd olunur ki, Ermənistandakı avtoritar rejim tərəfindən dinc etirazçılara qarşı misli görünməmiş qəddarlığın göstərilməsi gözlənilən idi.

Ermənistan XİN-dən reaksiya: "Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycana verilir"

Dağlıq Qarabağı əhatə edən və ermənilərin nəzarətində olan bütün ərazilər Azərbaycanın nəzarətinə verilir. Torpaqların təhvil verlməsi sülh sazişində razılaşdırılacaq". Bu barədə erməni "Ani" tədqiqat mərkəzinin dərc etdirdiyi məruzədə deyilir. Bu məruzə işğal altında olan torpaqların Azərbaycana qaytarılmasının təfərrüatlarını əks etdirir və artıq Ermənistan XİN bu sənədə münasibətini bildirib. Ancaq bununla birlikdə, erməni ekspertlər bildirirlər ki, ilk mərhələdə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonları qaytarılır. Sonradan Kəlbəcər və Laçın rayonunun bir hissəsi də Azərbaycanın nəzarətinə keçəcək. Burada sözügedən torpaqlar Ermənistanı Dağlıq Qarabağa birləşdirən dəhlizin üzərində olmayan torpaqlardır.

Qrant Markosyan: "Serj, Qarabağı sahibinə qaytar!"

Erməni ekspertlərinin fikirləri ilə şərik olduğunu deyən erməni hərbçisi Qrant Markoysyan Ermənistan prezidentinə amiranə şəkildə sözünü deyib: "Serj, Qarabağ Azərbaycanın torpağıdır. Ora nə bizim, nə də sənin deyil. Biz başqasının torpağına görə ölmək istəmirik. Bu torpaqları sahibinə - Azərbaycana qaytar. Çünki ora heç vaxt bizim olmayıb".

Qrant Markosyan, həmçinin Ermənistanda gənclərin Qarabağda döyüşmək istəmədiklərini də söyləyib: "Gənclər başqasının torpağına görə ölmək istəmirlər və hərbi xidmətdə olanların əksəriyyəti könüllü sürətdə Azərbaycan tərəfinə keçirlər. Onlar Azərbaycana keçərək, üçüncü ölkəyə getmək imkanından istifadə edirlər. Erməni ordusunda belə bir deyim var: "Dağlıq Qarabağ Azərbaycanın torpağıdır". Ermənilər öz canları bahasına bu torpaq uğrunda döyüşmək istəmirlər".

Ermənistan çıxılmaz dalanda: Qarabağ məsələsində situasiya dəyişir

Baş verən hadisələrə diqqət yetirsək, görərəik ki, aprel müharibəsindən sonra beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini anladı. Danışıqlar prosesi intensivləşməsi, ATƏT-in Minsk Qrupunun 20 illik passiv fəaliyyətdən aktiv mərhələyə keçməsi də Azərbaycan Ordusunun regionda situasiyanı dəyişməsinin nəticəsi idi. Artıq münaqişə ilə bağlı yeni vəziyyət yaranıb və Azərbaycanın əli bu dəfə xeyli güclüdür.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə də Ermənistanın artıq dalan dirəndiyini deyib. Millət vəkilinin sözlərinə görə, prosesi Rusiya öz üzərinə götürüb: "Bu, o deməkdir ki, Ermənistan Rusiyanın apardığı prosesdən yayına bilməyəcək. Sankt-Peterburqda əldə olunan razılığa görə, prezidentlərin növbəti görüşlərində də Rusiya prezidenti iştirak edəcək. Bu razılıq Ermənistanın danışıqlarda əldə edilən nəticələrdən imtina edə bilməməsi deməkdir".

A.Mirzəzadə onu da bildirib ki, Azərbaycan görüşdən əvvəl Ermənistan ordusunun işğal edilmiş torpaqlardan çıxarılması məsələsinin əsas prinsip olduğunu bildirdi: "Görüşdən sonra Azərbaycanın xarici işlər nazirinin görüşün uğurlu keçməsi ilə bağlı bəyanatı onu göstərir ki, ölkəmizin əsas tələbi yenə də gündəmdədir və danışıqlar bundan kənara çıxa bilməz".

Beləliklə bütün hallarda isə dəyişməyən reallıq da var. Belə ki, Ermənistan artıq anlayır və qəbul edir ki, bundan sonrakı dövrdə danışıqlar prosesini uzatmaq, mövcud status-kvonu qoruyub-saxlamaq mümkün deyil, beynəlxalq ictimaiyyət də bu mövqeni qəbul etməyəcək. Beləliklə, onun konstruktiv mövqe nümayiş etdirməkdən başqa çıxış yolu qalmayıb.

A.SƏMƏDOVA

Digər xəbərlər