PDF Oxu

Sosial

  • 25

YAP Səbail rayon təşkilatında imzatoplama kampaniyası uğurla başa çatıb

YAP Səbail rayon təşkilatında imzatoplama kampaniyası uğurla başa çatıb

Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə əlaqədar yaradılmış "Yeni Azərbaycan" Təşəbbüs Qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirilməsi üçün Səbail rayonunda imzatoplama kampaniyası uğurla başa çatıb.

YAP Səbail rayon təşkilatında bu məqsədlə əvvəlcədən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq imzatoplamada iştirak edəcək partiya fəallarının tərkibi müəyyənləşdirilib, onlarla treninqlər keçirilib, qarşıda duran vəzifələr onlara izah olunub, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilib.

Səbail rayonu üzrə fəaliyyət göstərən 2 seçki dairəsinin əhatə etdiyi yaşayış məntəqələrində keçirilən imzatoplama kampaniyasında vətəndaşlar yüksək fəallıq nümayiş etdiriblər.

İmzatoplama kampaniyasında 27 nəfər fəal partiya üzvü iştirak edib və ümumilikdə, 1100 nəfərin imzası toplanılıb.

R.HÜSEYNOVA

Digər xəbərlər