PDF Oxu

Sosial

  • 20

Mübarizə tədbirləri nəticəsində 16 halda 1 kiloqram 742,7 qram narkotik maddə aşkar edilərək götürülübdür

Mübarizə tədbirləri nəticəsində 16 halda 1 kiloqram 742,7 qram narkotik maddə aşkar edilərək götürülübdür

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin "SƏS" qəzetinə verdiyi məlumata görə, 2016-cı ilin iyul ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. Ay ərzində dövlət sərhədini pozduqlarına görə, 33 halda 56 nəfər saxlanılıbdır ki, onların 19 nəfəri Azərbaycan Respublikası, 10 nəfəri Banqlabeş, 5 nəfəri Özbəkistan, 4 nəfəri Nigeriya, 4 nəfəri Rusiya Federasiyası, 4 nəfəri Pakistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Gürcüstan, 2 nəfəri Kamerun, 2 nəfəri Şri-Lanka və 1 nəfəri Moldova vətəndaşlarıdır. Sərhəd rejim qaydalarını pozarkən, yaşıl sərhəddə 15 halda 30 nəfər, Xəzər dənizində 23 halda 34 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 1202 nəfər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülübdür. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 470 nəfər aşkarlanaraq, aidiyyəti orqanlara təhvil verilib. Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 1 kiloqram 742,7 qram narkotik maddə aşkar edilərək götürülübdür. Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 69 halda ümumi dəyəri təqribən 106 min 793 manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, PM tapançası üçün 16 ədəd 9 mm-lik patron, 10 ədəd 7,62 mm-lik patron, 1 ədəd daraq, 1 ədəd beşbarmaq, 1560 ABŞ dolları, 8 ədəd Ermənistan istehsalı olan xalça, 11115 qutu müxtəlif markalı siqaret, 93 ədəd mobil telefon, 1 ədəd rezin qayıq, 1624 ədəd müxtəlif növ dərman preparatları, 335 qram civə, sənaye və kənd təsərrüfatı malları saxlanılıbdır.

Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Ü.ƏSGƏROV

Digər xəbərlər