PDF Oxu

Sosial

  • 32

Milli azlıqların hüquqlarına dair regional və yerli səviyyəli mexanizmlər, məşvərətçi və məsləhətçi orqanlar

Milli azlıqların hüquqlarına dair regional və yerli səviyyəli mexanizmlər, məşvərətçi və məsləhətçi orqanlar

Həmin tövsiyələr, muxtar vilayətlər və digər ərazi bölgü və qurumları da daxil olmaqla, istər unitar dövlətin tərkibinə daxil olan, istərsə də federasiyanın subyektləri olan əyalətlərdə, departamentlərdə, rayonlarda, prefekturalarda, bələdiyyələrdə, şəhər və qəsəbələrdə - mərkəzi hakimiyyətdən aşağıda bütün səviyyələrdəki hakimiyyət orqanlarına aiddir.

Hər kəsə bütün insan hüquqlarını eyni dərəcədə reallaşdırmaq imkanı verən şəraiti məntiqli şəkildə yaratmaq vəzifəsi bu hüquqlara hörmətin nəinki mərkəzi hakimiyyət səviyyəsində, hətta bütün aşağı səviyyələrdə təmin edilməsini tələb edir.

Ancaq regional və yerli səviyyəli strukturlar yaradılarkən, tətbiq edilən meyarlar yerli mərkəzi qurumların tələbat və təkliflərinin müxtəlifliyindən şərtlənən simmetriyasızlıq da mümkündür.

Helsinki Sənədinin 6-cı bölməsinin 24-cü bəndi milli azlıqlara mənsub şəxslərin fərdi əsasda və başqaları ilə birlikdə, o cümlədən milli regional və yerli səviyyələrdə demokratik iştiraketmə əsasında, öz ölkəsinin siyasi həyatında tamamilə iştirak etmək hüququ da daxil olmaqla, öz insan hüquqlarını və əsas azadlıqlarını sərbəst şəkildə həyata keçirmələrini" təmin etməyi ATƏT-in iştirakçı dövlətlərinin öhdələrinə qoyur.

Belə orqanlar daimi və ya məqsədli, hakimiyyətin qanunverici və ya icra sahəsinə aid ola bilər, yaxud onların nəzdində və ya müstəqil fəaliyyət göstərə bilər. ATƏT-in bir sıra iştirakçı dövlətlərinin parlamenti nəzdində azlıqların nümayəndələrinin iştirak etdiyi "dəyirmi masalar" kimi komitələr fəaliyyət göstərir. Onlar, özünüidarə də daxil olmaqla, hakimiyyətin bütün səviyyələrində yaradıla bilər və artıq real şəkildə fəaliyyət göstərməkdədirlər. Belə orqanların səmərələliyi onların tərkibinə azlıqların nümayəndələrinin və xüsusi ekspert biliyi olan digər şəxslərin daxil edilməsiylə, eləcə də, onların sərəncamına adekvat resursların ayrılması və rəhbər orqanların onlara diqqətli maraq göstərməsi ilə təmin edilir.

Məsləhətçi vəzifəsini yerinə yetirməkdən və tövsiyələr işləyib-hazırlamaqdan başqa bu orqanlar dövlət rəhbərliyi ilə azlıqlar arasında aralıq həlqə ola bilərlər. Onlar hökumət səviyyəsində və azlıqların yaşadıqları icmalar səviyyəsində tədbirlərin görülməsini də stimullaşdıra bilərlər. Bundan başqa, belə orqanlar proqramların, məsələn, təhsil sahəsində proqramın reallaşdınlmasına dair konkret məsələləri həll edə bilərlər.

Bundan əlavə, bu və ya digər ixtisaslaşdırılmış komitələrin işi bəzı azlıqlar üçün xüsusi əhəmiyyətə malik ola bilər, buna görə də həmin azlıqlar bu komitələrdə təmsil olunmalıdırlar.

Bu orqanlardan konstruktiv istifadə imkanları konkret vəziyyətlərdən asılıdır. Ancaq istənilən halda idarəetmənin lazımi praktikası hakimiyyət orqanlarının nüfuzlü məsləhətçi və məşvərətçi orqanları işə cəlb etmək üçün məqsədyönlü tədbirlər görməyi və lazım gəldikdə, onlara müraciət etməyi, o cümlədən müvafiq məsələlərlə bağlı işə öz töhfələrini vermək təklifi ilə müraciət etməyi tələb edir. Bu orqanlara və onların üzvlərinə münasibətdə hakimiyyət orqanlarının açıq mövqeyi və onlarla əməkdaşlığa hazır olması daha optimal qərarların qəbul edilməsinin rəhni olacaq və cəmiyyətdə hakimiyyət orqanlarının nüfuzunu artıracaqdır.

"Özünüidarə" termini icmanın özüylə bağlı məsələlərin həllinə bu və ya digər dərəcədə nəzarət etməsini tələb edir. "İdarə" sözü isə qətiyyən müstəsna səlahiyyəti nəzərdə tutmur. Bundan başqa, o, inzibati və sərəncamverici səlahiyyətləri, həmçinin konkret şəkildə razılaşdırılmış qanunverici və məhkəmə fünksiyalarını da ifadə edə bilər. Buna dövlətin öz funksiyalarından bir hissəsini göndərmək və ya vermək, yaxud məsələn, federasiya halında baza səlahiyyətlərinin ilk bölgüsü yolu ilə nail olmaq mümkündür. ATƏT-in iştirakçı dövlətlərində özünüidarə formaları müxtəlif şəkildə - muxtariyyətin göndərilməsi, özünüidarə və ya daxili idarə adlandırılır. Həm də ərazi mexanizmlərinin formalaşdırılmasında etnik meyarlar heç bir halda müəyyənedici olmurlar.

ATƏT-in iştirakçı dövlətləri Kopenhagen Sənədinin 35-ci bəndində "müəyyən milli azlıqların etnik, mədəni, dil və din özünəməxsusluğunun təşviq edilməsi üçün şəraitin müdafiəsi və yaradılması məqsədilə göstərilən səyləri əlaqədar dövlətlərin yerli və ya muxtar idarə orqanlarının həmin azlıqların tarixi və ərazi şəraitlərinə cavab verən siyasətinə uyğun olaraq, göstərilən məqsədlərinə nail olmağın mümkün vasitələrdən birini yaratmaq yolu kimi" qeyd etmişlər. Bununla bağlı olaraq, ATƏM-in Milli Azlıqlar Məsələsi üzrə Ekspertlər Müşavirəsi Məruzəsinin IV bölməsinin 7-ci paraqrafında göstərilır ki, "onlardan (iştirakçı dövlətlər) bəziləri müvafiq demokratik yolla, o cümlədən, yerli və muxtar idarə orqanları, eləcə də, azad və vaxtaşırı keçirilən seçkilərdə seçilmiş məsləhətçi, qanunverici və icra orqanlarının mövcudluğu da daxil olmaqla, ərazi əsaslı muxtariyyatın mövcuduluğu", ərazi əsasında muxtariyyatın olmadığı özünəməxsus şəraitlə bağlı aspektlərdə milli azlıqların özünüidarəsi; idarəetmənin desentralizasiya olunmuş və ya yerli formaları, milli azlıqlara mənsub və öz xüsusi təhsil, mədəniyyət və dini müəssisələrini, təşkilat və assosiasiyalarını yaratmaq və himayə etmək hüquqlarını həyata keçirmək üçün maliyyə və texniki yardımlar istəyən şəxslərə maliyyə və texniki yardımlar vasitəsilə müsbət nəticələrə nail olmuşlar. Yerli özünüidarənin Avropa Xartiyasının preambulasında demokratiya və hakimiyyətin desentralizasiya prinsipləri haqqında müxtəlif Avropa ölkələrində yerli özünüidarənin təmin edilməsinə və möhkəmləndirilməsinə kömək edən faktor kimi daha ümumi planda danışılır. Bununla əlaqədar, yerli özünüidarənin Avropa Xartiyasının 9-cu maddəsinin müddəaları ayrılan belə səlahiyyətlərin reallaşdırılması üçün kifayət qədər maliyyə yardımı hüququnu nəzərdə tutur.

Dövlət orqanları bütünlükdə dövlətlə əlaqədar bir sıra sahələrdə məsuliyyəti öz üzərinə götürərək, mərkəzi hakimiyyət səviyyəsində bu sahələrdə lazımi tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Adətən, belə sahələrin sırasına daxildir: əslində, dövlətin ərazi bütünlüyünün təmin edilməsinə aparıb çıxaran müdafiə məsələsi; iqtisadi baxımdan bərabər rol oynayan makro-iqtisadi siyasət; eləcə də, diplomatiyanın ənənəvi sahəsi. Digər amillər də ciddi ümumilli nəticələrə malik ola biləcəklərinə görə, onlar da ən azı mərkəzləşdirilmiş nizamlama sahəsinə qismən daxil edilməlidir. Bu sahələrdə nizamlama birgəlik əsasında da, o cümlədən nizamlamanın xüsusilə aid olduğu ərazi vahidəlrinin və ya azlıqlarının iştirakı (18-ci və 19-cu tövsiyələrə bax) ilə həyata keçirilə bilər. Bununla bərabər, nizamlaşdırıcı səlahiyyətin belə bölgüsü hüquq-müdafiə normalarına zidd olmamalı və əlaqələndirilmiş şəkildə, lazımi praktiki yanaşma ilə həyata keçirilməlidir.

Ümumi etirafa görə, muxtariyyətin ərazi və ya qeyri-ərazi formasından asılı olmayaraq, hamının mənafeyinə uyğun gəldiyi və həm bütünlükdə dövlət üçün, həm də azlıqlar üçün xüsusi əhəmiyyəti olan sahələrdən biri təhsil sahəsidir. YUNESKO-nun Təhsil Sahəsində Ayrı-seçkiliklə Mübarizə Konvensiyasının 5.1 maddəsində yuxarıda göstərilən məqsədlərə hansı yol ilə çatmaq haqqında olduqca ətraflı müddəalar vardır: "Bu Konvensiyanın tərəfləri olan dövlətlər hesab edirlər ki: (...)

b) valideynlər, müvafiq hallarda isə qanuni qəyyumlar, birincisi, hər bir dövlətin qanunları ilə müəyyən edilmiş çərçivə daxilində öz uşaqlarını dövlət-tədris müəssisələrinə deyil, səlahiyyətli təhsil orqanları tərəfindən müəyyənləşdirilmiş və ya təsdiqlənmiş minimum tələblərə cavab verən başqa tədris müəssisələrinə azad surətdə göndərmək imkanına, ikincisi isə, öz əqidələrinə uyğun olaraq, uşaqların dini və mənəvi tərbiyəsini təmin etmək imkanma malik olmalıdırlar; ayrıca heç bir kəsə və ya bütövlükdə, heç bir şəxslər qrupuna onların əqidələri ilə bir araya sığmayan dini tərbiyəni zorla qəbul etdirilməməlidir;

c) milli azlıqlara mənsub şəxslərin məktəblərə rəhbərlik etmək də daxil olmaqla öz maarifçilik işlərini aparmaq və hər bir dövlətin təhsil sahəsində siyasətinə uyğun olaraq, öz dilini işlətmək və tədris etmək hüququnu qəbul etmək lazımdır, ancaq bir şərtlə ki: I) bu hüququn həyata keçirilməsi milli azlıqlara mənsub şəxslərə bütün kollektivin mədəniyyətini və dilini anlamağa və onun fəaliyyətində iştirak etməyə mane olmur və ölkənin suverenliyini sarsıtmır; II) belə məktəblərdə təhsil səviyyəsi səlahiyyətli orqanlar tərəfindən müəyyənləşdirilmiş, yaxud təsdiqlənmiş ümumi səviyyədən aşağı deyil; III) bu tipli məktəblərdə oxumaq fakultətivdir".

16. İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin 21-ci maddəsində Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 25-ci maddəsində, İnsan Hüquqları Haqqında Avropa Konvensiyasına əlavə edilən 1 N-li Protokolun 3-cü maddəsində və ATƏT-in normalarında dolğun şəkildə xülasə edilmiş demokratik idarəetmə prinsipi bütün səviyyələrdə və bütün həlqələrdə idarəetməyə aiddir. Özünüidarə sosial qurumlarını təşkil etmək vacib və məqsədəuyğun olduqda, bu qurumlarda demokratiya prinsipinə əməl edilməsi bütün vətəndaşların öz hüquqlarını bərabər ölçüdə reallaşdırmasının ilk şərtidir.

Qərarların, bilavasitə aid olanlara və mənafelərinə toxunanlara maksimum yaxınlıqla və mümkün qədər onlar tərəfindən qəbul edilməsi üçün Avropa dövlətlərində səlahiyyətlərin verilməsi və subsidiarlıq prinsipinin reallaşdırılması üçün ümumi bir meyil xarakterikdir. Yerli özünüidarənin Avropa Xartiyasının 4-cü Maddəsinin 3-cü bəndində bu məqsəd aşağıdakı qaydada ifadə edilmişdir. Prinsip etibarilə ictimai funksiya ilk öncə əhaliyə hamıdan daha yaxın olan hakimiyyət orqanları tərəfindən həyata keçirilməlidir. Funksiyaları digər orqanlara verərkən, hakimiyyət vəzifələrin miqyasını və xarakterini, eləcə də, səmərəlilik və qənaət tələblərini nəzərə almalıdır. Məhəlli özünüidarə dövlət birliyinin qorunub-saxlanmasına kömək edə və eyni zamanda, əhalinin ümumi sayında azlıqların xüsusi çəkisinə uyğun səviyyədə onların idarəetmədə rolunu artıraraq, azlıqların iştirak və cəlbolunma səviyyəsini yüksəldə bilər. Bu vəzifəyə federativ quruluş qədər, unitar dövlətlər və ya federasiyalar daxilində xüsusi muxtar vahidlər də cavab verə bilərlər.

Konstitusiyava huquq taminatları bölməsində müvafiq müddəaların "möhkəmləndirilməsi", daha doğrusu, qanunvericilik qaydası ilə onların qeydə alınması haqqında məsələyə baxılır. Bəzi hallarda hərtərəfli hüquqi mexanizmlər faydalı olarsa, digər hallarda çərçivə müddəaları kifayət edə bilər. 5-ci tövsiyədə göstərildiyi kimi, bütün hallarda mexanizmlərin qəbulu açıq proseduralar vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda, maraqlarına toxunulan şəxslərin, xüsusən, milli azlıqlara mənsub şəxslərin müəyyən müdafiəsinə təminat vermək üçün mexanizmlərin qəbulundan sonra sabitliyi təmin etmək lazımdır. Yerli özünüidarəyə dair Avropa Xartiyasının 2-ci və 4-cü maddələrində konstitusiya mexanizmlərinə üstünlük verilir. Sabitliklə çeviklik arasında arzulanan müvazinətə nail olmaq üçün müəyyənləşdirilmiş aralıq müddəti vasitəsilə yenidən baxılmanı əvvəlcədən planlaşdırmaq məqsədəuyğun ola bilər və bununla da dəyişikliyin təqdimetmə prossesi siyasiləşdirilir, gözdənkeçirmə prossesi isə daha az antoqonist olur.

Bu tövsiyyə mövcud mexanizmlərin dəyişdirilməsi üçün şərtləri müəyyənləşdirməyi deyil, əvvəllər tətbiq edilməmiş yeni rejimləri sınamağı nəzərdə tutduğuna görə, 22-ci tövsiyyədən fərqlənir. Səlahiyyətli hakimiyyətlərə mərkəzi orqanlarla azlıqların nümayəndələrinin münasibətlərində yaranan müxtəlif şəraitlərdə öz seçimini həyata keçirərkən, müxtəlif yanaşmaları tətbiq etmək imkanı verilir. Son nəticələri irəlicədən müəyyənləşdirərək, bu yeniliyin qəbulu və həyata keçirilməsi hesabına faydalı təcrübə mənbəyi ola bilər.

Hüquq Müdafiəsi Bölməsində Kopenhagen Sənədinin 30-cu bəndində ATƏT-in iştirakçı dövlətləri "milli azlıqlara aid məsələlərin yalnız müstəqil məhkəmə sisteminin fəaliyyəti şəraitində qanunun aliliyinə əsaslanan demokratik siyasi çərçivədə kifayətləndirici qaydada həll edilə biləcəyini qəbul edirlər". Hüquq müdafiəsinin təsirli vasitələri haqqında, həmçinin mülki və siyasi bəndində danışılır, "məhkəmə müdafiəsinin vasitələri" isə yerli özünüidarəyə dair Avropa Xartıyasının 11-ci Maddəsində xatırlanır.

VAHİD ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Digər xəbərlər