Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının aidiyyəti bəndlərinin icrası davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata əsasən, 2016-ci ilin 6 ayı ərzində respublikada fəaliyyət göstərən Regional Narkoloji Dispanserlərinin (Lənkaran RNX, Gəncə RND, Mingəçevir RND, Sumqayıt RND) digər şəhər və rayonların əlaqədar təşkilatlarının, ictimaiyyətin nümayəndələrinin iştirakı ilə görüşlər təşkil olunub və onlara narkomanlığın yayılmasına və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinə dair mühazirələr oxunubdur.
Narkomaniyanın zərərli tərəflərini əks etdirən profilaktik tədbirlərin keçirilməsi üçün lazımi texniki vasitələrlə təmin olunub, kinofilm, prezentasiya nümayiş etdirilib və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üçün mərkəzdə müvafiq təlimlər keçirilib.
Cari ilin 6 ayı ərzində əhalinin ayrı-ayrı təbəqələri, o cümlədən gənclər (şagird və tələbələr) hamilələr, risk qrupu nümayəndələri, tibb işçiləri, məişət xidməti sahəsi və digər qrupların nümyəndələri üçün 4 çeşiddə 30000 nüsxə əyani vəsait (broşür, yaddaş vərəqi, cib təqvimləri və s.) çap edilib və yayılıbdır.
2016-cı ilin 6 ayı ərzində mərkəzin mütəxəssisləri Bakı şəhərinin 27 məktəbində təşkil olunmuş tədbirdə, Respublika Məktəblərarası Debüt forumunda iştirak ediblər.
ZÜMRÜD