PDF Oxu

Sosial

  • 41

"Milli-mədəni dəyərlərin internet mediada təbliği"nə start verilib

"Milli-mədəni dəyərlərin internet mediada təbliği"nə start verilib

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Milli-mədəni dəyərlərin internet mediada təbliği" - www.CultNews.az layihəsinə start verib. ASGA-nın təsisçisi və sədri Səbuhi Abbasov açıqlama verərək, layihənin aktual mövzuya həsr olunduğunu və informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb: "İKT, eyni zamanda, ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də, həm tarixlərini dünya tarixi irsinə daxil etmiş olur, eyni zamanda, öz turizm imkanlarını daha da artırmış olurlar.

Bildirək ki, ilkin mərhələdə iki ay davam edəcək layihə çərçivəsində yaradılacaq internet-resurs mərkəzinin isə uzunmüddətli fəaliyyəti nəzərdə tutulub. Eyni zamanda, işğal altında olan torpağlarımızda erməni qəsbkarları tərəfindən məhv edilmiş tarixi abidələrimizin sistemli və fərqli şəkildə www.CultNews.az Resurs Mərkəzində yerləşdirilməsi və davamlı təbliğini, dünya mədəni irsinə erməni vandalizminin vurduğu ziyanla bağlı müxtəlif innovativ sorğuların keçirilərək, nəticələrinin beynəlxalq təşkilatlara göndərilməsini, sosial şəbəkələrin mümkün imkanlarından istifadə edərək təbliğat və təşviqat işlərinin aparılması nəzərdə tutulub.

ZÜMRÜD

Digər xəbərlər