PDF Oxu

Sosial

  • 50

Qaxda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib

Qaxda "Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili" mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qax rayonunda "Dini radikalizmlə mübarizədə dini icmaların rolu" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Qax rayon icra hakimiyyəti başçısının birinci müavini Tahir İsmayılov rayondakı dini durum barədə məlumat verib: "Qax rayonu Azərbaycanda müxtəlif xalqların, müxtəlif dini konfessiyaların, icmaların, o cümlədən, müxtəlif etnosların birgə yaşadığı ən nümunəvi bölgələrdən biri sayılır. Rayonda Alban məbədlərinin, məscidlərin, gürcü kilsəsinin, digər dini ayinlərin icra edildiyi ziyarətgahların mövcud olduğu və birgə fəaliyyət göstərdiyi hamıya yaxşı bəllidir. DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd edib ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar. S.Salahlı, həmçinin, dini radikalizmin mahiyyəti və onunla mübarizə yolları, dünyada baş verən siyasi proseslərin dini radikalizmə təsiri barədə geniş məlumat verib.

Daha sonra Qax rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Nəzirməhəmməd Nəsirov, Qax rayon qazısı Novruz Sadıqov və QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov da mövzu ətrafında məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ü.ƏSGƏROV

Digər xəbərlər