PDF Oxu

Sosial

  • 52

YAP Binəqədi rayon təşkilatında "Tarixin dərin izləri" adlı layihənin təqdimat mərasimi olub

YAP Binəqədi rayon təşkilatında "Tarixin dərin izləri" adlı layihənin təqdimat mərasimi olub

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII Qrant Müsabiqəsi çərçivəsində qalib olmuş, YAP Binəqədi rayon təşkilatının gənc fəalı Aytəkin Bayramovanın rəhbəri olduğu "Tarixin dərin izləri" adlı layihənin açılış mərasimi keçirilib.

Tədbirdə layihə rəhbəri A.Bayramova çıxış edərək, tədbirin keçirilməsində göstərdikləri köməyə görə aidiyyatı qurumlara öz təşəkkürünü bildirib. O, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat verib.

Daha sonra YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə çıxış edərək Binəqədi rayonunda gənclərlə iş sahəsində həyata keçirilən çoxsaylı layihələr haqqında geniş məlumat verib. O, həmçinin, Gənclər Fondunun gənclərin ideyalarının reallaşdırılmasında, onların şəxsi inkişafında oynadığı aparıcı roldan danışaraq, Binəqədi gənclərinin bu imkanlardan uğurla yararlandığını xüsusi vurğulayıb.

Layihə çərçivəsində YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri Mahmud Məmmədzadə, təşkilatın baş təlimatçısı Kubra Əliyarlı, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, layihə rəhbəri Aytəkin Bayramova və layihə iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğuna və Qobustan Muzeyinə ekskursiyaya gediblər. Orada iştirakçılara Qobustan qoruğu və muzeyi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, "Tarixin dərin izləri" adlı layihə çərçivəsində gənclər arasında inşa müsabiqəsi keçiriləcək və layihənin bağlanış tədbirində qalib gənclərin mükafatlandırılması mərasimi keçiriləcək.

ZÜMRÜD

Digər xəbərlər