PDF Oxu

Sosial

  • 43

Suraxanı seçiciləri konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər

Suraxanı seçiciləri konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə "HƏ" deyəcəklər

Dünən 26 sentyabr 2016-cı il tarixində keçiriləcək Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun Suraxanı rayon şöbəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Hövsan qəsəbəsində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov açaraq, Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı seçicilərə geniş məlumat verib. O, referendumun əhəmiyyətindən danışaraq, bildirib ki, konstitusiyaya ediləcək əlavə və dyişikliklər zamanın tələbi olmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə yönələn mütərəqqi addımdır. F.Rəsulov Referendumda iştirak edib konstitusiyada nəzərdə tutulan əlavələrə və dəyişikliklərə "Hə" deməyə çağırıb.

Sonra Konstitusiya Aktına ediləcək əlavələr və dəyişikliklərdən mahiyyətindən danışan hüquqşunas Loğman Abdullayev seçiciləri məlumatlandırıb.

Görüşdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva çıxış edərək, 26 sentyabrda Azərbaycan xalqının gələcək müqəddəratının həll olunacağını qeyd edib. Millət vəkili bildirib ki, dəyişikliklər hazırlanan zaman qabaqcıl ölkələrin təcrübəsi nəzərdən keçirilmiş, Azərbaycanın özünəməxsus inkişaf yolunu davam etdirmək üçün yeni əlavələr və dəyişikliklər edilmişdir. Xalqımızın referendumda hamılıqla iştirakı etməyə, gələcək tərəqqi və inkişafımıza səs verməyə çağırıb.

Millət vəkili Ağacan Abıyev Referendum Aktının ayrı-ayrı maddələrinin qəbul olunması zərurətindən, yeni maddələrin ölkənin idarəçiliyində vacibliyindən söz açıb. O, tədbir iştirakçılarına referenduma təklif olunan ayrı-ayrı maddələrin geniş izahını verərək, onları referendum günü Azərbaycanın uğurlu inkişafı naminə səs verməyə çağırıb.

YAP Suraxanı rayon təşkilatı qadınlar şurasının sədri Zəkiyyə Musayeva, YAP Suraxanı rayon təşkilatı gənclər birliyinin sədri Kənan Kərimov, Hövsan qəsəbə sakini Əjdər Səfiyev və digərləri çıxış edərək referendumda iştirak edərək, konstitusiyada nəzərdə tutulan əlavələrə və dəyişikliklərə səs verəcəklərini bildirib.

ZÜMRÜD

Digər xəbərlər