PDF Oxu

Sosial

  • 488

"Həmrəy olaq, HƏ deyək!"

"Həmrəy olaq, HƏ deyək!"

UCAR

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasına edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ucar rayonunun Qarabörk kəndində seçicilərlə görüş keçirib. Görüşü YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva referendumla əlaqədar rayonda görülən hazırlıq işlərindən danışaraq, konstitusiyaya təklif olunan əlavə dəyişikliklərin zamanın tələbindən irəli gəldiyini vurğulayıb.

Görüşdə millət vəkili Vüsal Hüseynov çıxış edərək, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişiklikləri maddalər üzrə ətraflı təhlil edərək, seçicilərə geniş məlumat verib: "Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin, ölkəmizin müstəqilliyinin möhkəmlənməsinə, ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına, ölkənin sürətli inkişafına gətirib çıxaracaq. Seçki günü seçiciləri seçki məntəqələrinə gələrək səsvermədə iştirak etməyə dəvət edirəm.

Rayon Ağsaqqallar Şurasının sədri Nurəddin Xəlilov, seçicilərdən Sabir Cəfərov, Elvin İsmayılov və Rəhman Səfərov çıxış edərək, qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini bildiriblər.

Günün ikinci hissəsi Referendum üzrə "Yeni Azərbaycan" Təşviqat Qrupunun üzvləri YAP Ucar rayon təşkilatının qərargahında ilk dəfə səs verəcək seçicilərlə görüş keçirmişlər.

Yığıncağı YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva açaraq, ilk dəfə səs verəcək gənclərə Referendum Aktında yer alan müddəaların əhəmiyyətindən danışıb; "Təklif olunan dəyişikliklər gənclərimizin gələcək həyatında böyük əhəmiyyətə malik olacaq. Belə ki, Milli Məclisə üzv seçilmək üçün yaş həddinin aşağı salınması ölkəmizdə gənclərə göstərilən xüsuqi diqqətin göstəricisidir. Bu dəyişikliklərə əsasən, parlamentimizdə təmsil olunan gənclərin sayı artacaq. Bu baxımdan, bütün gəncləri sentyabrın 26-da fəal olub, referenduma səsverməyə dəvət edirəm".

Daha sonra çıxış edən təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin deputatı Vüsal Hüseynov bildirib ki, təklif olunan dəyişikliklər zərurətdən yaranıb: "Ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişaf yeniliklər üçün zəmin yaradır. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər ölkəmizin daha da inkişafına istiqamətlənib. Məhz buna görə də, hər bir səsvermə hüququna malik olan gənclərimiz gələcəyini düşünərək, səsvermədə aktiv olmalıdır".

Yığıncaqda gənc seçicilər Oruc Piriyev və Nuru Piriyev çıxış edərək, konstitusiyada edilən dəyişikliklərin gənclərimiz üçün geniş şərait yaradacağını qeyd edərək, qarşıdan gələn ümumxalq səsverməsində yaxından iştirak edəcəklərini və dəyişikliklərə "HƏ" deyəcəklərini söyləyiblər.

ZƏRDAB

Referendum üzrə "Bələdiyyə" Təşviqat Qrupu Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonunun Şahhüseynli kəndində seçicilərlə görüş keçirib.

Görüşü Yeni Azərbaycan Partiyasının Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova açaraq, Referendum Aktı haqqında geniş məlumat verib. Təşkilat sədri Konstitusiya İslahatlarının zərurətdən qaynaqlandığını və inkişafa xidmət etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən millət vəkili Elman Nəsirov bildirib ki, konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər sosial-siyasi və iqtisadi-hüquqi sahələrdə, o cümlədən, idarəetmədə kompleks islahatları özündə ehtiva edir.

Görüşdə millət vəkilləri Cavid Osmanov Konstitusiya İslahatlarının ölkəmizin milli maraqlarına xidmət etdiyini bildirib. O, seçiciləri fəal olmağa və sentyabrın 26-da Referendum Aktına səs verməyə çağırıb.

Millət vəkili Jalə Əleva isə bildirib ki, Konstitusiya İslahatları milli inkişafa və dövlətin qüdrətinin artmasına xidmət edir: "Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək".

Görüşdə millət vəkili Astan Babayev qeyd edib ki, təklif olunan əlavə və dəyişikliklərin təməlində Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 13 ildə qazanılan böyük uğurlar, demokratik dövlət quruculuğu prosesində həyata keçirilən geniş islahatlar, ölkəmizin dünya miqyasında artan nüfuzu, bütün sahələrdə sürətli tərəqqi və digər çoxsaylı uğurlar dayanır: "Bu inkişaf və tərəqqi yolunda isə zamanın tələbi olaraq müəyyən dəyişikliyə getmək zərurəti yaranır və sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsində fəal olmağa çvğırıram".

Daha sonra tədbirdə Zərdab Bələdiyyəsinin sədri Möhübbət Osmanov, Otmanoba kənd sakini Gülanə Bayramova çıxış edərək, Azəraycanın inkişafı Konstitusiya İslahatlarını dəstəklədiklərini və Referendum Aktına səs verəcəklərini vurğulayıblar.

RƏFİQƏ KAMALQIZI,

RÖVŞƏN NURƏDDİNOĞLU,

İSMAYIL QULİYEV

Digər xəbərlər