PDF Oxu

Sosial

  • 44

"Şahdağ" Turizm Mərkəzində yay mövsümü başa çatıb

"Şahdağ" Turizm Mərkəzində yay mövsümü başa çatıb

"Şahdağ" Turizm Mərkəzində sentyabr ayının 27-dən yay mövsümü başa çatıb. Məlumat üçün bildirək ki, sayca dördüncü olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 30 000-dən çox olmuşdur. Onların 50%-dən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 80%-dən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil etmişdir.

Ümumilikdə, əcnəbi qonaqların, xüsusilə, BƏƏ, Səudiyyə Ərəbistan, İraq, Qətər, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdən olan qonaqların əvvəlki mövsümlərə nisbətən çoxluq təşkil etdiyi bu mövsüm bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalmış, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülmüşdür.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan "Şahdağz" Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün info-turlar, eləcə də xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil olunmuşdur.

ZÜMRÜD

Digər xəbərlər