PDF Oxu

Sosial

  • 216

Humanitar Forum sülhə, əmin-amanlığa xidmət edir

Humanitar Forum sülhə, əmin-amanlığa xidmət edir

İctimai təşkilat rəhbərləri Humanitar Forumun Bakıda keçirilməsinin əlamətdar hadisə olduğunu bildirdilər

Bakıda keçirilən Humanitar Forumu dünya mediasının əsas diqqət çəkdiyi mövzuya çevrilib. Sayca 5-ci dəfə keçirilən forumda dünyanın tanınmış ictimai-siyasi xadimləri, hökumət nümayəndələri və alimlər iştirak edirlər. Söhbət etdiyimiz vətəndaş cəmiyyəti institutlarının rəhbərləri beynəlxalq forumun Bakıda keçirilməsinin mühüm əhəmiyyətə malik hadisə olduğunu bildirdilər.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri Cavid Şahverdiyev:

- Azərbaycanda keçirilən beynəlxlaq humanitar forumların hamısı sülhə, əmin-amanlığa, insanların dinc və təhlükəsiz yaşamalarına hesablanıb. Dünyada gedən proseslər tələb edir ki, humanitar sahəyə daha böyük diqqət göstərilsin. Əksər ölkələri eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər bu baxımdan daha aktual əhəmiyyət daşıyır. Bakının belə mötəbər beynəlxalq humanitar forumlara ev sahibliyi isə təsadüfi deyil. Mütəmadi olaraq, Bakı belə tədbirlərə ev sahibliyi edib. Məsələn, 2014-cü ildə Bakıda keçirilən axırıncı forumun mahiyyəti, tarixi əhəmiyyəti barədə aparılan təhlil və keçirilən diskussiyalar, bir daha göstərdi ki, əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. 2011, 2012, 2013 və 2014-cü ildə keçirilən belə tədbirlər mahiyyəti etibarilə geniş və tarixi əhəmiyyət daşıyıb. Belə tədbirlərdə müxtəlif ölkələrin siyasi qüvvələrini təmsil edən şəxslərin fikir mübadiləsi aparmaqla yanaşı, həm də bu və ya digər məsələlərdə digər üzvlərin təcrübəsindən də yararlanmalarını dəyərləndirmək lazımdır. Bu tədbirlərdə Azərbaycan, eyni zamanda, humanitar inkişaf sahəsindəki təcrübəsini bölüşür. Hər il Azərbaycanda keçirilən bu kimi tədbirlərdə iştirak edən xarici qonaqların sayının artması, müzakirələr və verilən təkliflərin aktuallığı toplantıların nüfuzunu artırır. Sanki bu forumlar artıq Davos Forumunu xatırladıq. Bundan savayı, forum iştirakçıları Azərbaycanla əyani tanış olurlar, ölkəmizdə aparılan iqtisadi-siyasi və sosial islahatlarla tanış olurlar, bir sözlə, ölkəmizin nəyə qadir olduğunu öz gözləri ilə görmək imkanı qazanırlar. Bu da, onu deməyə əsas verir ki, Azərbaycan bununla uğurlu bir layihəyə imza atmağı bacarıb. Azərbaycan üçün forum ölkə həqiqətlərinin yayılması və xüsusən də, dünyada təsirləri olan insanlara çatdırılması baxımından əhəmiyyətlidir.

"XXI-ci əsrin Qadınları" İctimai Birliyinin sədri Mahirə Əmiraslanova:

- Humanitar Forumun Bakıda keçirilməsi çox əlamətdar hadisədir. Tədbirin keçirilməsi ənənəyə çevirlib ki, bu da gözəl, hər bir azərbaycanlıda qürur hissi doğuran hadisədir. Bu cür beynəlxalq forumlar vasitəsilə Azərbaycan bir daha dünyaya özünün mədəniyyətini, mültikultural ənənələrini çatdırmış olur. Azərbaycanın regionda və eləcə də, bölgədə sülhün formalaşmasında rolu və o cümlədən, erməni işğalı ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaq imkanı olacaq. Forum çərçivəsində aparılacaq diskussiyalar və fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Həm də bu səpkidə humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması dünyada mövcud olan ziddiyyətlərin, milli münaqişələrin aradan qaldırılmasına yardımçı ola bilər. Belə tədbirlər vasitəsilə dünyada baş verən münaqişələrin həllində də irəliləyişə nail olmaq mümkündür. Bütün müharibələrin sonu danışıqlardan keçib. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir. Multikulturalizm Azərbaycanda həyat tərzidir. Əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir. Biz bu gün də çalışırıq ki, öz təşəbbüsümüzlə regionda və dünyada gedən proseslərə müsbət təsirimizi göstərək.

GÜLYANƏ

Digər xəbərlər