PDF Oxu

Sosial

  • 53

Kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilir

Kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilir

Ölkə başçısının "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dövlət dəstəyi haqqında" Sərəncamı tütünçülüyün inkişafında yeni mərhələ olacaq

Müasir dövrdə Azərbaycan Prezident Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində mühüm işlər görülür. Bu inkişafın təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kənd təsərrüfatına xüsusi əhəmiyyətli sahə kimi diqqət yetirilmişdir. Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, sosial və s. kimi bütün sahələrdə uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi üzrə tam müstəqilliyə nail olunmasını milli hədəflərdən biri kimi müəyyənləşdirib. "Hazırda qarşıda duran ən başlıca məqsəd daxili imkanlar hesabına kənd təsərrüfatı və ərzaq məhsulları ilə özünütəminata və davamlı inkişafa nail olmaqla, Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə çatdırmaqdır"- deyən ölkə başçısının iradəsi və göstərişləri ilə ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan Prezidentinin sərəncamları ilə ölkənin sosial-mədəni və iqtisadi sahələrində olduğu kimi, aqrar sahəsinin inkişafına dair qəbul olunmuş dövlət proqramları, müvafiq qanunvericilik aktları ölkə ərazisində olan torpaq ehtiyatlarında səmərəli şəkildə istifadə üçün geniş imkanlar açıb.

Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yay və qış otlaqlarından səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı" və s. aqrar sahənin inkişafına yeni yollar açıb. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyri-neft sektorunun inkişafı istiqamətində və ərzaq təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetirilməsinin nəzərdə tutulması da aqrar sahəyə göstərilən diqqətin daha bir nümunəsidir. Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə aqrar sahənin inkişafı ilə bağlı verdiyi fərman və sərəncamlar bu sahənin inkişafına yönəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının, digər sahələr kimi, pambıqçılığın da inkişafının zəruriliyini qeyd etməsi və bununla əlaqədar qarşıya konkret vəzifələr qoyması bu sahədə əsaslı dönüşə zəmin yaratdı. Ölkə başçısı bildirib ki, kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını genişləndirməliyik, ilk növbədə, pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. Təbii ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Bu məhsula dünya bazarında həmişə tələbat olub və var.

Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında" Sərəncamı da ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onun potensial imkanlarından səmərəli istifadə edilməsi, eləcə də pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi daşıyır.

İqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi sayılan tütünçülüyün inkişaf etdirilməsinə də dövlət başçısı diqqəti artırıb. Bu günlərdə "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ölkədə tütünçülüyün inkişafına dövlət dəstəyini gücləndirmək məqsədi daşıyır. Sərəncamda deyilir ki, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, rəqabət qabiliyyətini yüksəltmək və tütün istehsalı ilə məşğul olan əhalinin sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə emal müəssisələrinə satılmış quru tütünün hər 1 (bir) kiloqramına, yaş tütünün isə hər 10 (on) kiloqramına görə, tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya verilir. Nəzərdə tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Aqrar sahəyə ayrılan bu diqqət və qayğı ən qısa zamanda real töhfələrini verəcək və Azərbaycanın iknişafına böyük təkan olacaqdır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər