PDF Oxu

Sosial

  • 62

"Real mənzərə bundan ibarətdir"

"Real mənzərə bundan ibarətdir"

Elçin Mirzəbəyli: "Müşavirədə Prezident İlham Əliyevin verdiyi mesajlar kifayət qədər ciddi mesajlar idi "

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi. Müşavirədə Prezident mühüm əhəmiyyətə malik bir sıra məsələlərdən danışıb və ilk dəfə olaraq, Dağlıq Qarabağ həqiqətləri ilə bağlı fikirlər qeyd edib. Politoloq Elçin Mirzəbəyli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirənin böyük əhəmiyyətə malik müşavirə olduğunu bildirdi: "Müşavirədə Azərbaycanın regionda və dünyadakı mövqeyi ilə bağlı bir çox məsələlərə aydınlıq gətirildi. Ölkəmizin bir nömrəli problemi olan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldı. Bu istiqamətdə beynəlxalq miqyasda həyata keçirilən tədbirlər haqqında, yaranmış real mənzərə haqqında fikirlər səsləndi. Prezident, məhz Dağlıq Qarabağla bağlı Azərbaycana təzyiqlərin olduğunu bildirdi və bu təzyiqlərin də nədən qaynaqlandığı bir daha xüsusi olaraq vurğuladı".

Politoloq bildirdi ki, Azərbaycanda həyata keçirilən müxtəlif tədbirlər öncəsi ölkəmizə qarşı qərəzli kampaniyalar aparılır: "Real mənzərə bundan ibarətdir. Müşavirədə Avropa ilə Avropa İttifaqı ilə münasibətlər müstəvisində təkcə Azərbaycan üçün deyil, bütövlükdə həm region dövlətləri, həm də dünyanın bir çox dövlətləri üçün mühüm olan fikirlər səsləndirdi. Vurğuladı ki, bir çox hallarda inteqrasiya adlanan bir proses, bütövlükdə ayrı-ayrı xalqların, dövlətlərin milli dövlətçilik ənənələrinin sıradan çıxarılmasına xidmət edir. Prezident əməkdaşlıqla inteqrasiyanın fərqini ortaya qoydu. Qeyd etdi ki, Azərbaycan ikitərəfli əməkdaşlığa üstünlük verir ki, bu da daha yaradıcı bir yanaşmadır. Əslində, bu, Azərbaycanın bu günə qədər yürütdüyü siyasətin və bundan sonrada yürüdəcəyi siyasətinin strateji hədəflərini elan edilməsi idi. Bu strateji hədəflərini ayrı-ayrı beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bir çox ölkələr üçün də prinsip etibarı ilə nümunə ola bilər. Bu gün dünyada yaranmış reallıqlar Azərbaycanı, məhz bu müstəvidə inkişaf etməyə sövq edir. Azərbaycan da özünün milli maraqlarını əsas götürərək, tam müstəqil bir siyasət yürüdür və ölkənin milli maraqlarını hər zaman hər şeydən üstün tutur. Müşavirədə Prezident İlham Əliyevin verdiyi mesajlar kifayət qədər ciddi mesajlar idi. O mesajlar həm Azərbaycan cəmiyyəti üçün əhəmiyyət kəsb edir, həm də dünyada və regionda baş verən bir çox məsələləri və problemləri açıq şəkildə göz önünə gətirir".

GÜLYANƏ

Digər xəbərlər