PDF Oxu

Sosial

  • 38

Sabirabadda dövlət müstəqilliyinin bərpasının ildönümü qeyd edilib

Sabirabadda dövlət müstəqilliyinin bərpasının ildönümü qeyd edilib

Dünən Sabirabad rayonunda Azərbaycan Respublikasının Dövlət müstəqilliyi günü münasibətilə Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbirdən əvvəl mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, qarşısına tər güllər düzülüb. Sonra tədbir iştirakçıları mərkəzdə ekspozisiya zalında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu ilə tanış olublar. Tədbirin rəsmi hissəsində Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyini qorunub-saxlanılmasındakı, müstəqilliyimizin möhkəmləndirilməsindəki tarixi xidmətlərindən danışıb. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində, Azərbaycan xalqının birliyi təmin edilib və müstəqilliyini itirmək təhlükəsində olan dövlətimiz bu təhlükədən xilas olub. Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməl üzərində tərəqqi edən Azərbaycanın dövlət müstəqilliyinin Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında əbədi, dönməz və sarsılmaz olduğu xüsusi vurğulanıb.

Samir

Digər xəbərlər