PDF Oxu

Sosial

  • 31

Ekspertdən Minsk Qrupunun həmsədrlərinə sərt ittihamlar

Ekspertdən Minsk Qrupunun həmsədrlərinə sərt ittihamlar

"Onlar 50 min ABŞ dolları məvaciblərini qorumaq üçün çalışırlar"

"ATƏT-in Minsk Qrupunun həmsədrlərinin artıq Azərbaycan xalqından üzr istəyib missiyasından əl çəkmələrinin vaxtı çatıb. Həmsədrlər, sadəcə, öz statuslarını qorumaqla məşğuldurlar. Sonuncu bəyanatda onlar özlərinin acizliyini bir daha nümayiş etdirdilər. Həmsədrlər aldıqları 50 min ABŞ dolları məvaciblərini qorumaq üçün çalışırlar". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında ekspert Üzeyir Cəfərov bildirib.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona sonuncu səfərini şərh edən Ü.Cəfərov qeyd edib ki, Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT-nin qəbul etdiyi qətnamələrdən heç vaxt danışmayan həmsədrlər Vyana və Sankt-Peterburq görüşlərindən danışırlar: "Azərbaycan dövləti bunların fəaliyyətinə qiymət verib. İctimaiyyət nümayəndələri olaraq, bizər də dəfələrlə qeyd etmişik ki, həmsədrlər yalnız işğalçı Ermənistanın maraqlarına xidmət edirlər. Bunlar heç nəyə qadir deyillər. İndi də ortaya yeni bir hoqqa atıblar. Fransa öz həmsədrini dəyişdi. Bir müddət də onlar fransalı yeni həmsədrin təqdimatı ilə məşğul olacaqlar, onu regiona gətirəcəklər, tanışlıq işləri aparacaqlar, hətta separatçı rejimin rəhbəri ilə görüşəcəklər. Minsk Qrupunun həmsədrlərinin fəaliyyətinə konkret qiymət verilməsə, bu istiqamətdə addımlar atılmasa, onların səfərləri hələ uzun müddət davam edəcək. Ümumiyyətlə, beynəlxalq qurumların bu qədər ağılsız olduğunu düşünməzdim. Həmsədrlərə bu qədər vəsait sərf edirlər, bəs onların ortaya qoyduğu nəticə nədən ibarətdir? Birdəfəlik qəbul etməliyik ki, Ermənistan torpaq qaytarmaq niyyətində deyil. Ermənistana havadarlıq edən dövlətlər açıq şəkildə onları müdafiə edirlər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərlərini qadağan etmək lazımdır. Çünki 20 ildən artıq bir müddətdə onlar Azərbaycan xalqınını heysiyyatı ilə oynayıblar. Onları boykot etmək və işğal edilmiş əraziləri geri qaytarmaq lazımdır".

Samir

Digər xəbərlər