PDF Oxu

Sosial

  • 44

Baza-Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirildi

Baza-Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirildi

Dünən 2 nömrəli Baza-Tibb Kollecində media nümayəndələri üçün konfrans keçirilib. Konfransda çıxış edən müəssisənin rəhbəri Dilarə Məmmədəliyeva bildirib ki, 2 nömrəli Bakı Baza-Tibb Kolleci hüquqi formasına görə dövlət orta ixtisas təhsil müəssisəsidir və onun təsisçisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyidir.

D.Məmmədəliyeva Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul olunmuş bir sıra proqramlar, konsepsiya və əsasnamələrə əsasən, kollecdə təhsilin məzmununa, müəllim hazırlığına və tələbələrin qiymətləndirilmə sisteminə yenidən baxıldığını və bir sıra yeniliklərin tətbiq edildiyini bildirdi. Dünyanın bir çox qabaqcıl ali və orta ixtisaslı müəssisələrində olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında 354 nömrəli qərara uyğun olaraq kollecdə təhsil kredit sistemi ilə aparılır.

Kollecdə tələbələrə kömək göstərmək məqsədilə "Qiymətləndirmə və monitorinq" bölməsi, akademik məsləhətcilər xidmətinin təşkil olunduğunu, tələbələrin biliyinin qiymətləndirilməsinə gəldikdə isə, köklü dəyişikliklər aparıldığını bildirdi. Onu da diqqətə çatdırdı ki, aktual mövzulardan olan QİÇS, narkomanlıq, qeyri-dinlərə aludəçilik və digər bəlaların yaranma səbəbləri və aradan qaldırılması yollarına həsr olunmuş tədbirlər və konfranslar keçirilir.

D.Məmmədəliyeva mətbuat konfransında tibb elminin sirlərinə dərindən yiyələnmək və orta tibb işçisinin hərtərəfli inkişafı üçün tələbələrə istənilən imkanlar yaradıldığını vurğuladı.

NƏZAKƏT

Digər xəbərlər