Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi AMEA Naxçıvan Bölməsində olub. Qonağı bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli salamlayıb.
Görüş zamanı qonağa AMEA Naxçıvan Bölməsinin elmi və elmi-təşkilati fəaliyyəti, elmi araşdırmalar, əldə olunan uğurlu nailiyyətlər, mühüm elmi nəticələr barəsində ümumi məlumat verilib və Misir-Azərbaycan əlaqələrinin inkişafından söz açılıb.
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi, öz növbəsində, ölkələrimiz arasında günü-gündən genişlənən əlaqələrin çoxşaxəli olduğunu bildirərək, Misir-Naxçıvan mədəniyyət və təhsil sahəsindəki əlaqələrinin hazırkı vəziyyətindən danışıb.
Qonaq söhbət əsnasında ölkələr arasında qarşılıqlı əlaqələrin daha da güclənməsinin vacibliyini vurğulayaraq, hər iki xalq üçün zəruri olan mədəni münasibətlərin genişlənməsində mərkəzlər arasında aparılacaq işlərdən bəhs edib.
Görüşdə Əhməd Sami Elaydiyə bölmə əməkdaşlarının bir neçə kitabı hədiyyə edilib, qonaq səmimi görüşə görə professor Fəxrəddin Səfərliyə öz minnətdarlığını bildirib.
ZÜMRÜD